Zeynəb bint Xüzeymə (; ) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.

Bioqrafiyası Zeynəb bint Xüzeymə Bənu Amir ibn Səsa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün "Ümmül-məsakin" (kimsəsizlərin anası) adı ilə çağırıldı.

Atası Xüzeymə ibn Haris, anası Hind bint Əvfdir. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları "mömin bacılar" adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir.

Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir. Bədr döyüşündə həlak olan

624-cü ildə Amir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir. Qan tökülməsinin qarşısını almaq üçün Məhəmməd peyğəmbər də bu qəbilənin nümayəndəsi olan Zeynəblə evlənməyə qərar verir. Onların evliliyi 625-ci ildə baş tutur. Toydan bir neçə ay sonra Zeynəb dünyasını dəyişir. O, fəzilətli və mömin bir qadın olur, çox vaxt namaz qılar və bol-bol sədəqə verərdi.

Ailə qurarkən Zeynəbin 30 yaşı olmuşdur. Övladı olmamış və peyğəmbərdən hədis nəql etməmişdir. Həzrət Xədicədən sonra Məhəmmədin ikinci vəfat edən zövcəsidir. Cənazə namazını Rəsulullah özü qıldırmış və Bəqi qəbiristanlığında dəfn etmişdir.

İstinadlar

Həmçinin bax Prof. Dr. Mehmet Sysaldı, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri

Kateqoriya:VII əsr qadınları Kateqoriya:Səhabələr Kateqoriya:İslam tarixi Kateqoriya:Xristianlıq Kateqoriya:Məhəmmədin zövcələri Kateqoriya:Məkkəlilər Kateqoriya:VI əsr qadınları