Qızları öp () — 1997-ci ildə Ceyms Pattersonun eyniadlı romanı əsasında rejissor Qari Flederin çəkdiyi Amerika triller filmi. Film Keyt Maktirnanın (Ashley Judd) köməyi ilə qaçırılan qardaşı qızı Naomi Krossu (Gina Ravera) tapmağa çalışan detektiv Aleks Krossun (Morqan Friman) hekayəsindən bəhs edir.

Süjet xətti

Detektiv və məhkəmə psixoloqu olan Aleks Kross, kollec tələbəsi olan qardaşı qızı Naomi itkin düşdükdən sonra Şimali Karolinanın Darem şəhərinə gəlir. Polis detektivi Nik Raskindən öyrənir ki, Naomi bir sıra gənc qadınların ardıcıl şəkildə yoxa çıxmasının sonuncu qurbanıdır. Onun gəlişindən qısa müddət sonra itkin düşən qadınlardan biri ölü halda, ağaca bağlanmış vəziyyətdə tapılır, bir qədər sonra isə doktor Keyt MakTirnan evindən oğurlanır.

Narkotik təsirindən ayıldıqdan sonra Keyt, özünü maskalı bir adamın – “Kazanova” adlanan şəxsin əsirliyində tapır və burada bir neçə başqa qadının da saxlanıldığını görür. Qadın, gizləndiyi məkandan qaçmağa müvəffəq olur və bir qayalıqdan çaya atılaraq ciddi xəsarət alır. Sağaldıqdan sonra o, Krossla birləşərək onu izləməyə başlayır. Kross, cinayətkarın qurbanlarını müəyyən xüsusiyyətlərinə görə seçən bir “kolleksiyaçı” olduğunu düşünür. Bu isə itaətkar qalan digər əsir qadınları xilas etmək üçün hələ vaxt olduğuna işarə edir.

İzlər onları Los-Ancelesə aparır. Burada dəhşətli oğurluq və qətl hadisələri “Cənab ziyarətçi” ləqəbli doktor Uilyam Rudolfun adına yazılmışdı. Krossun Rudolfa çatmaq və onu dindirmək cəhdləri baş tutmur, çünki o, qaçmağı bacarır. Şimali Karolinada Kross, Kazanovanı çayın yuxarı axarında izləyir. Atəş səsi ilə xəbərdar olan detektiv, Kazanovanın yeraltı sığınacağını tapır. Rudolfun Kazanovanın əlaltısı olduğu üzə çıxır, lakin o, atışma zamanı həlak olur. Kazanova isə təqibdən qaçmağı bacarır. Kross, aralarında Naominin də olduğu əsir qadınları xilas edir.

Sonralar Keyt, Aleksi evində nahara dəvət edir. Raskin Keytin evinə gələrək onu mühafizə edən iki polis əməkdaşını evə göndərir. Bu vaxt Kross evində nahara hazırlaşarkən, həbs orderlərindəki Raskinin imzasının Kazanovanın yazısı ilə üst-üstə düşdüyünü müəyyən edir. O, Keytə zəng vuraraq xəbərdarlıq etmək istəyir, lakin Raskin artıq onun telefon xəttini kəsmişdi. Keyt də Raskindən şübhələnməyə başlayır. Raskin saxta ləhcəsini ataraq əslində Kazanova olduğunu göstərir. Mübarizə və təcavüz cəhdindən sonra qadın onu mətbəx sobasına qandal ilə bağlamağı bacarır. Raskin mətbəx bıçağı ilə Keytin əlini kəsir. Azad olmağa çalışarkən sobanı divardan çəkərək qaz borusunu qoparır. Daha sonra alışqan çıxararaq qaz sızmasına görə evi partladacağı ilə hədələyir. Bu an Kross gəlir və onu fikrindən daşındırmağa cəhd edir. Bu baş tutmadıqdan sonra isə, Aleks qazın alışmaması üçün süd paketinin içindən atəş açaraq Niki vurur. Polis hadisə yerinə çatır və Kross Keyti təsəlli etməyə başlayır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1990-cı illərin triller filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Psixoloji triller filmləri Kateqoriya:Şimali Karolinada çəkilmiş filmlər Kateqoriya:Devid Braunun prodüseri olduğu filmlər Kateqoriya:ABŞ-nin triller dram filmləri Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:Şimali Karolina haqqında filmlər Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:Polis detektiv filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:1997-ci ilin dram filmləri Kateqoriya:Bəstəkar Mark Ayşemin filmləri Kateqoriya:ABŞ-nin polis detektiv filmləri Kateqoriya:ABŞ-nin zorlama haqqında filmləri Kateqoriya:ABŞ-də adam oğurluğu haqqında filmlər Kateqoriya:1997-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Detektiv romanlarına əsaslanan filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri