Əbən ibn Səid ibn əl-Əs (, ) — nüfuzlu qureyşlilərdən biri, Məhəmməd peyğəmbərin səhabəsi.

Bioqrafiya Tam adı Əbən ibn Səid ibn əl-Əs ibn Üməyyə ibn Əbdişəms ibn Əbdimənaf əl-Qureyşi əl-Üməvidir. Əbən uzun müddət müsəlmanların düşməni olmuşdur. Qardaşları Əmr və Xalid İslamı qəbul etdikdən sonra ailəsində münaqişələr yaranır. Bədr döyüşündə müsəlmanlara qarşı vuruşmuşdur. Bu döyüşdə onun qardaşları Ubeydə və Əs ölür. Xudeybi sülh müqaviləsi bağlanarkən Əbən Məhəmmədin səfiri Osman ibn Əffanı öz himayəsinə götürür.

Müsəlmanlarla qarşıdurma zamanı o, tədricən müsəlmanların ehkamını öyrənir. İslam ənənəsinə görə, Əbən tez-tez Suriyaya gedirdi və bu səfərlərin birində Ərəbistana yeni peyğəmbərin gəlişi barədə ona xəbər verən bir rahiblə görüşürdü. Əbən əmin oldu ki, "yeni peyğəmbər"in əlamətləri Məhəmmədin şəxsiyyəti ilə tam üst-üstə düşür. Məkkəyə qayıdan o, artıq müsəlmanlara qarşı nifrət etməkdən imtina edir və bir müddət sonra İslamı qəbul edir. Bu Xeybər döyüşündən əvvəl baş vermişdir.

İslamı qəbul etdikdən sonra Əbən Mədinəyə köçür və burada vergi sahəsində mühüm dövlət işlərini aparmaq ona həvalə edilir. Xilafət dövründə Əbu Bəkr Bizansa qarşı müharibələrdə iştirak etmişdir. Bizanslılara qarşı döyüşlərin birində həlak olmuşdur.

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:Raşidi xilafətindən olanlar Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar