Müqəddəs Nikolay Möcüzəyaradan (; ; ) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır.

O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı.

Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.

İstinadlar Kateqoriya:IV əsr xristian müqəddəsləri Kateqoriya:Xristianlıq Kateqoriya:Anqlikan müqəddəsləri