Əbu Umamə əl-Bəhili (; ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Bioqrafiya Gənc olmasına baxmayaraq, onun çağırışına cavab verən və İslamı qəbul edən qəbilə yoldaşlarının hörmətindən zövq alırdı. Bəzi məlumatlara görə o, Xudeybiyyədə bir ağacın altında beyyət etmişdir.Абу Умама аль-Бахили // sunna.e-minbar.com/
Misirdə yaşamışdır. Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində olmuşdur. Sonra Suriyada (Hüms) məskunlaşır.أسد الغابة، جـ6/ص 14.
O, Məhəmməd peyğəmbərin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın, Əliin, Muaz ibn Cəbəlin, Əbu Übeydə ibn Cərrahın və başqalarından çoxlu hədislər söyləmişdir.الإصابة في تمييز الصحابة، لابن حجر العسقلاني، جـ3/ص 339. Onun Şəddad, Əbu Əmmar, əl-Qasım ibn Əbdürrəhman və başqalarından rəvayət etdiyi 250-yə yaxın hədisləri Əl-Buxari və Müslümin "Səhih" hədislər siyahısına daxil olmuşdur.
705-ci ildə vəfat etmişdir. İbn Əbdülbərr onun 700-cü ildə vəfat etdiyini və 91 yaşında olduğunu bildirir. Süfyan ibn Uyeynənin dediyinə görə, o, Məhəmməd peyğəmbərin Suriyada vəfat etmiş səhabələrindən sonuncusu olmuşdur.الاستيعاب، جـ2/ص 289. İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Səhabə hədis raviləri