Həmidoğulları bəyliyi (, ) — Paytaxtı Eğirdir olan Kiçik Asiyada türk bəyliyi (əmirliyi, bəyliyi). Təxminən 1300-1423-cü illər arasında onu idarə edən eyniadlı sülalənin adı ilə adlandırılmışdır. Bəylik və sülalə öz adını banisi Həmid bəydən almışdır. Sülalə həmidilər, bəylik – Həmid də adlanırdı. Bəyliyin mərkəzi Antalya olan cənub hissəsi Təkəogulları vilayəti adlanırdı.
Konyadan Antalyaya gedən yollara nəzarət edən Həmidlər əhəmiyyətli bir qüvvə idi. Bəyliyin banisinin nəvəsi Dündar Antalyanı, Dündarın oğlu İsxak isə Qaramanoğulların da iddia etdiyi keçmiş Əşrəfoğulları bəyliyinin ərazisini bəyliyə birləşdirdi. Bu torpaqlar uğrunda mübarizə ona gətirib çıxardı ki, 1381-ci ildə Hüseyn bəy mübahisəli torpaqlarla birlikdə bəyliyin bir hissəsini Osmanlı Sultanı I Murada satdı. Əlaəddin bəy Karamanlı artıq Murad və I Bəyazidlə torpaq uğrunda mübarizəni davam etdirdi. Həticədə 1390-1398-ci illər arasında Qaramanoğulları və Həmidilər kimi bəyliklər Osmanlılar tərəfindən tutuldu.
1402-ci ildə Ankara döyüşündən sonra bəyliyin cənub hissəsi müstəqilliyini bərpa etdi. Təkəoğulları bəyliyi adı altında 1423-cü ilə qədər mövcudluğunu qorumağı bacardı. Bundan sonra bəylik torpaqları nəhayət Osmanlıların nəzarətinə keçdi. Tarixi Həmid bəyliyinin yaradılması 300px|thumb|right|Kiçik Asiyada olan dövlətlər, 1301-ci il: A Trabzon imperiyası • B Bizans imperiyası • D Kilikiya Erməni Çarlığı • E Səlcuqlu Dövləti • 1 Çobanoğulları • 2 Qaramanoğulları • 3 İnançoqulları (Ladik) • 4 Sahibataoğulları • 5 Pərvanəoğulları • 6 Menteşeogulları • 10 Əşrəfoğulları • Candaroğulları • Karəsioğulları • Osmanoğulları • Germiyanoğulları • Həmidoğullar XIII əsrin ikinci yarısına qədər Kiçik Asiya ərazisində iki böyük dövlət var idi ki, onların hər birinin çiçəklənmə dövrü arxada qalmışdı. 1204-cü ildə Konstantinopolun Latın imperiyası, Nikeya imperiyası və Trabzon imperiyası tərəfindən tutulmasından sonra artıq dağılmış Bizans imperiyası 1261-ci ildə daralmış ərazidə müvəqqəti olaraq dirçəldi. Bir vaxtlar Bizansdan əraziləri fəth edən Səlcuq imperatorluğunun bir parçası olan Konya sultanlığı monqolların basqınlarına məruz qalaraq, tədricən mövqelərini itirirdi. Monqolların təzyiqi ilə türk boyları Orta Asiyadan Anadoluya və Suriyaya köç edirdilər.
Həmid bəy oğuzların Yomud və ya Salır tayfasına mənsub idi. Anadoluya gəlib I Əlaəddin Keyqubadın xidmətinə girdi. II Qiyasəddin Keyxosrovun etimadını qazanan Həmid 1240-cı ildə İsparta və Burdura uc bəyi təyin edilir. Məhz Həmid 1250-ci ildə Qiyasəddin Keyxosrovun üç oğlu II İzzəddin Keykavus, Rüknəddin və Əlaəddini qarşılamaq və onların qüvvələri ilə birləşdirmək üçün Tokatı ikiyə bölən Yaşılırmaq çayı üzərində Xıdırlıq körpüsünü tikdirdi. 1291-ci ildə Səlcuqların qüdrəti zəiflədikdə Həmid nəzarət etdiyi torpaqlarda müstəqil bəylik (əmirlik) yaratmağa çalışır. Həmid Əlaəddin adına sikkələr zərb edib, onların üzərindəki kitabədə isə təkcə Sultanın adının standart formulunu deyil, həm də əvvəllər İslam sikkələrində rast gəlinməyən qeyri-adi bir ifadə vurdurur: “Allah göstərməsin” (). Ola bilsin ki, bu ifadə monqolların yaratdığı təhlükəyə işarə edirdi. Ola bilsin ki, bu ifadə monqolların yaratdığı təhlükəyə işarə edirdi. II Məsud sürətlə ayrılan ucun öhdəsindən gələ bilməyəndə Elxandan kömək istədi. Keyxatu xan böyük bir ordu ilə Anadoluya gəldi. Karaman, Əşref, daha sonra Həmid qarət və qırğına məruz qaldı. Eğirdir, İsparta və Burdur da hücumlardan əziyyət çəkdi.
Keyxatu xanın bu basqını zamanı Həmid bəy müvəqqəti olaraq dağlara çəkilməli oldu. 1299/1300-cü ildə Həmid bəy müstəqilliyini elan etdi və Uluborlunu özünə paytaxt seçdi. Lakin buna baxmayaraq o, Qazan xanının adından sikkələr zərb etdirdi. İsparta, Burdur, Eğridir, Aqros, Gönen, Barle, Keçiborlu, Yalvaç, Çarkarykaşaç, Avşar, Sütçüler, İnçirli, Ağlasun Həmidin nəzarətində idi. Həmid “ulubəy” (böyük bəy) kimi hökmdarlıq edərək, Səlcuq sultanlarının bütün titullarından istifadə edib özünü sultan və padşah adlandırırdı. Buna baxmayaraq, Anadolu bəylərinin sikkələrində hələ də Səlcuq sultanının adı qeyd olunurdu. 700-cü ildə (1300-1301) Uluborluda II Məsudun adından sikkə zərb edilmişdir. Dündar bəyin hakimiyyəti 230px|thumb|left|Daşmədrəsə Həmid bəyin ölümündən sonra onun yerinə mərkəzi Gönən olan Pisidiyada Səlcuqların Ucbəyi olan oğlu İlyas keçdi və İlyas bəydən sonra bəyliyin idarəsi böyük oğlu Fələkəddin Dündar bəyə keçdi. Dündar bəyin hakimiyyətə gəlməsinin dəqiq tarixi məlum deyil, lakin bunun 1314/15-dən gec olmayaraq baş verdiyinə şübhə yoxdur. Həmidin oğlu və Dündarın atası İlyas bəy haqqında mənbələrdə başqa heç bir məlumat qalmamışdır.
Dündarın babası Həmid bəyin sağlığında geniş səlahiyyətlərə malik olan Eğdir və Burdura hökmranlıq etməsi Dündarın 700-cü ildə (1300-1301) tikdirdiyi məqbərə ilə də təsdiqlənir. Ulucəmi Dündar məscidinin üzərindəki kitabə “məliku-üməra” – Səlcuqlar dövründə baş sərkərdə rütbəsi adlanır.
Konya ilə Antalya arasındakı yollar Eğdirdən idarə oluna bildiyi üçün Dündar 1307-ci ildə paytaxtı əvvəllər Səlcuqlu sultanlarının yay istirahət yeri kimi istifadə edilən Eğrdirə köçürdü. Dündar şəhəri öz şərəfinə Fələkabad adlandırdı.
Dündar bəy qısa müddətdə Aşıkaraağaç, Yeşilova və Tefənni ələ keçirərək hakimiyyət ərazisini bir tərəfdən Dənizli və Germiyanoğullara, digər tərəfdən Antalyaya qədər genişləndirdi. 1312-ci ildə Gölhisar və Qorkutelini tutdu və Antalya divarları önündə dayandı. Lakin o, 1314-cü ilin iyulunda Elxani Məhəmməd Olcaytu Əmir Çobanı Anadoluya göndərəndə Hülakülər dövlətinə sədaqət andı verən türk bəyləri arasında idi.
Antalya hakimliyi 1316-cı ilin sonunda Əmir Çoban Anadoludan getdi. Məhəmməd Olcaytu vəfat etdikdən sonra Dündar Hülakuilər dövlətindəki hakimiyyət mübarizəsindən istifadə edərək yenidən fəthlərinə başladı. Bu zaman o, Antalyanı tutdu (1316-1318) və türk ənənəsinə görə qohumu, qardaşı Yunusu şəhər hakimi təyin etdi. Bu, Həmidoğlulların Antalya qolunun - Təkənin başlanğıcı oldu. Uzunçarşıla görə, bəyliyin bu hissəsini Mübarizəddin Mehmed bəyin zamanında, digər adıyla Təkə bəy dövründə ayrıca bəylik Təkəoğulları adlandırmağa başladılar. Son illər Antalyanın ələ keçirilməsindən sonra Dündar bəyin nüfuzu artdı, o, Elxanilərin hakimiyyətini tanımaqdan əl çəkdi, müstəqilliyini bildirdi və özünü sultan elan etdi. 1321-ci ildə Elxani Əbu Səid Bahadur xanın adını çəkmədən sikkələr zərb etməyə başladı. Dündarın qohumları Dündara tabe olan şəhərlərdə hökmdarlıq edirdilər: Antalyada Yunus, Dündarın digər qardaşı, keçmiş paytaxt Uluborluda Fərhad, Dündarın oğlu Mehmed Gölhisarda, Yunusun oğullarından biri Xızır bəy Korkuteli.
Çobanın oğlu Timurtaş Anadolu bəylərbəyi təyin edildi. O, bəylərin itaətinə nail olmaq üçün bəyliklərə basqın etdi. Qaramanlılara və Əşrəfoğullarına hücumdan sonra Timurtaş Fələkabadı mühasirəyə aldı. Dündar müqavimət göstərə bilməyib Alaniyaya qaçıb. Dündarın qardaşı oğlu və Yunusun böyük oğlu Mahmud xəyanət etdi, dayısı Dündarı onu edam edən Timurtaşa satdı.
1327-ci ilin əvvəlində Dündar artıq həyatda deyildi. Ola bilsin ki, bəyin məzarı Eğridirdəki Qalanın qapısındadır.
Timurtaş Elxanilərə qarşı üsyan qaldırıb Misirə qaçanda Mahmud da onunla bərabər məmlüklərə sığınmalı oldu. Bəyliyin dirçəlişi. İsaq, Xızır İsaqoğlu, Xızır Yunusoğlu 250px|thumb|right|Yivli minarə Timurtaş və Mahmudun qaçışından sonra Xızır bəy Antalyada hökmranlıq etməyə başladı. Eğridirdə nəzarət müvəqqəti olaraq atası İsaqın adından idarə edən Dündarın nəvəsi - Xızıra keçdi. İsaq özü Timurtaşdan şikayət etmək üçün Qahirəyə getdi. 1328-ci ilin avqustunda Dündarın qatili edam edildi. İsaq 1328-ci ildə Eğirdirə qayıtdıqdan sonra oğlu Xızırın müvəqqəti hakimiyyəti başa çatdı. Tarixçilər hesab edirlər ki, İsaq atasının bütün ərazisini idarə edirdi.
İsaq Ağşəhər, Bəyşəhər, Seydişəyəri ilhaq etdi, o da atası Dündar kimi sultan titulundan istifadə etdi və böyük bəy kimi Eğdirdə hökmdarlıq etdi. İsaqın əmisi Mehmed Gəlhisarda, İsaqın oğlu Xızır Uluborluda, İsaqın əmisi oğlu və Yunusun (həmçinin Xızır) oğlu Antalyada, İsaqın digər oğlu Zəkəriyyə isə Təkə-Karahisarda hökmranlıq edirdi.
İsaqın ölümündən sonra 1335-ci ilə qədər Xızır bəy ikinci dəfə Eğdirdə hökmranlıq etməyə başladı. 756-cı ildə (1364/65) Xızır bəy Həcc ziyarətinə getdi. Xızırın ziyarəti zamanı bəyliyi Uluborluda hökmdar olan oğlu İbrahim bəy idarə edirdi. 770-ci ildə (1368/69) ucaldılmış Kubbeli məscidi kitabəsindən belə məlum olur ki, Xızır bəy bu məscidin tikintisindən bir müddət əvvəl vəfat etmişdir. O, bəylik idarəsini qardaşı oğlu Mustafanın oğlu Hüsaməddin İlyas bəyə həvalə etdi.
Kiprlə mübarizə. Hüsaməddin İlyas və Mübarizəddin Mehmed Mənbələr Antalyada Xızır Yunusoğludan sonra kimin hakimiyyətdə olması ilə bağlı ziddiyyətli məlumatlar verir. Əl-Kəlkəşəndinin yazdığına görə, Xızır bəydən sonra Dadi bəy bəyliyin cənub hissəsinin yeni əmiri oldu, Əli isə Xızırın qardaşı Mahmudu onun varisi adlandırdı. İ.Uzunçarşılı Mahmudun Dadi bəydən sonra və ya ondan əvvəl hökmdar olduğunu, 1373-cü ildən əvvəl isə Antalyada Kuçuk (“Kiçik”) ləqəbi ilə tanınan Mahmud bəyin oğlu Mehmed bəyin hakimiyyətə gəldiyini qeyd etmişdir. Son məlumatlara görə, Xızırdan sonra Dadi bəy, ondan sonra isə Mahmud bəyin oğlu Mübarizəddin Mehmed və ya “Kiçik” Mehmed hökmdarlıq etmişdir.
1361-ci ildə Kipr krallığı kralı Antalyanı tutdu. Bu zaman Mehmed İstanosda idi. Səlibçi ordusu Anadolu sahillərini tərk etdikdən sonra Mehmed bəy şəhəri geri almağa qərar verdi. Mehmedin İlyas bəy və Qaraman bəyliyinin köməyi ilə 1373-cü ilə qədər şəhəri geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələndi. Mehmed hətta şəhəri satın almağı təklif etdi, lakin istəyi rədd edildi.
Məmlük sultanı Anadolu bəylərinə, o cümlədən İlyas bəy və Mehmed bəy (Antaliyanın süqutundan sonra paytaxtı Qorquda köçürən) anti-Kipr ittifaqına qoşulmaq təklifi ilə məktublar göndərdi. Bəylər ittifaq qurdular və 1367-ci ilin fevralında Qaramanoğlu Ələddin Əli bəyin yanına gəldilər. İlyas bəy və İsa bəy Aydınidin komandanlığı altında 40 min nəfərlik ordu ilə Kipr kralının hakimiyyəti altında olan Korikusa yaxınlaşdı. Kipr kralı Pyer de Lüzinyan qardaşı Janı köməyə göndərdi. 28 fevral 1367-ci ildə o, İlyas bəyin oxatanlarının məharətli və sərrast atışlarına baxmayaraq, altı qalerada olan ordusu ilə birlikdə sahilə çıxdı. Ağır itki verən səlibçilər qalaya sığınmaq məcburiyyətində qaldılar. Lakin 1367-ci il martın 7-də bəylər düşərgələrini dağıtdılar, mühasirəni qaldırdılar və Korikosu tərk etdilər. Buna səbəb Qahirədə iğtişaşlar barədə xəbərlər oldu.
Korikosdakı kampaniyadan sonra İlyas bəylə Ələddin Əli bəyin münasibətləri pisləşdi. Onların arasında mübarizə başladı, bu zaman Ələddin Əli bəy Fələkabada hücum edərək şəhəri yerlə-yeksan etdi və İlyas bəy Süleyman Germianoğlunun yanına qaçdı. İlyas Süleymanın və Osmanlı sultanı I Muradın köməyi ilə yalnız iki ildən sonra bəyliyi bərpa edə bildi.
1373-cü ilin aprelində Kipr-Genuya müharibəsi başladı. Kipr üçün Antalyada qarnizon saxlamaq çox baha başa gəlirdi. 14 may 1373-cü ildə Mehmed bəy Antalyanı işğal etdi. Müxtəlif mənbələrə görə, bu ya hücum nəticəsində baş verib, ya da Kipr kralı ilə razılaşmanın nəticəsi olub. Mehmedin ölüm tarixi bilinmir, lakin o, 1377-ci ilin dekabrından sonra vəfat etmişdir.''' Hüseyn bəy. Bəyliyin bir hissəsini Osmanlılara satılması