Muaz ibn Cəbəl (, ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, fəqih, hafiz və mühəddis. Cuşamə ibn əl-Xəzrəc qəbiləsindən Bənu Əddə qəbiləsinin ənsarlarından biri.
Bioqrafiya Muaz ibn Cəbəl Mədinədə anadan olmuşdur. O, Xəzrəc qəbiləsindən idi. 18 yaşında İslamı qəbul etmiş, Akabedəki ikinci beyyətdə iştirak etmişdir. Müsəlmanlarla müşriklər arasında gedən döyüşlərdə iştirak etmişdir. Bütün Quranı əzbər bilməsi ilə tanınırdı. Muaz ibn Cəbəl İslam hüququnun (fiqhinin) parlaq bilicisi idi, Peyğəmbərin sağlığında fətvalar verirdi. İslam ənənəsinə görə, Məhəmməd peyğəmbər Muazı Quranın ən yaxşı alimləri sırasına daxil etmişdir. O, İslama yaymaq üçün Peyğəmbər tərəfindən Yəmənə göndərilmişdir. O, saleh xəlifə Əbu Bəkr əs-Siddiqin dövründə Yəməndən qayıtmışdır. O, Suriyaya gedir, burada taun xəstəliyinə tutulur və 38 yaşında dünyasını dəyişir. Muaz 150-dən çox hədis nəql etmişdir.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Əhli-süffə Kateqoriya:Ravilər Kateqoriya:Ənsarilər