İslam Dünyasının Elmi İstinad Mərkəzi (az. İDEİM - ing. ISC) — İslam dünyası ölkələrinin akademik, elmi təsisatlarının nəşrlərini, elmi əsər, elmi jurnal və dərgilərini etibarlı elmmetrik meyarlara əsaslanaraq təhlil edən mərkəzdir. 2008-ci ildə professor Cəfər Mehradın rəhbərliyi ilə formalaşmışdır. Bu elmi mərkəzin baş ofisi İranın Şiraz şəhərində yerləşir. Mərkəz sitat araşdırmaları sahəsində 60 illik təcrübəyə malik olan ABŞ-dən, həmçinin Hollandiyadan sonra üçüncü dünya istinad sistemini qurmuşdur.
Tarixi İslam Ölkələri Təhsil Nazirlərinin 2008-ci ilin oktyabrında Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilən IV iclasında İDEİM təsdiq edildi.
İdarə Heyətinin üzvləri Təhsil Naziri (İdarə heyətinin sədri) Təhsil Nazirinin tədqiqat məsələləri üzrə müavini İslam Konfransı Təşkilatının nümayəndəsi ISISCO-nun Tehrandakı regional ofisinin rəhbəri İki elmi tədqiqat jurnalının baş redaktoru İslam Dünyasının Elmi İstinad Mərkəzinin icraçı rəhbəri
İstinadlar
Kateqoriya:Elmmetriya Kateqoriya:Kitabxanaşünaslıq Kateqoriya:Onlayn verilənlər bazaları