Teymur Qulu oğlu Hüseynov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1955–1969).

Həyatı Teymur Qulu oğlu Hüseynov 1910-cu ildə fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildən Daşkənd şəhərində radio montyoru, radio texniki olmuş, Leninqrad Elektrotexnika Rabitə İnstitutunda təhsil almışdır. 1938–1944-cü illərdə Türkmənistan SSR-in rabitə orqanlarında rəhbər vəzifələrdə çalışmışdır.

Teymur Hüseynov 1945-ci ildən Bakı radio verilişləri və radio rabitəsi müdiriyyətinin direktoru, SSRİ Rabitə Nazirliyinin Azərbaycan SSR üzrə müvəkkilinin müavini və müvəkkili işləmişdir. 1955-ci ildən Azərbaycan SSR rabitə naziri olmuşdur.

Teymur Hüseynov 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (6–7-ci çağırış) seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər