Zülfüqar Hacıbəyovun evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Merdinli məhəlləsində yerləşir. Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943) Zülfüqar Hacıbəyovun yaşadığı ev. Tarixi Tanınmış bəstəkar Zülfüqar Hacıbəylinin evi on XIX əsrə aid memarlıq nümunələrindən biridir. Şuşa şəhərinin Merdinli məhəlləsində Mərdinli meydanı ilə üzbəüz yerləşir. Şuşanın ermənilər tərəfindən işğal edilməsinə qədər bu evdə Şuşa şəhər təhsil idarəsi yerləşirdi.

Zülfüqar Hacıbəyovun evi Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.

İstinadlar

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Zülfüqar Hacıbəyov Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı evlər Kateqoriya:XIX əsrdə tamamlanmış evlər Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:XIX əsrdə yarananlar Kateqoriya:Şuşadakı yaşayış binaları