Finn Vulfhard (; ) — Kanada aktyoru; musiqiçi və kinorejissor. "Netflix"in "Qəribə şeylər" serialında Mayk Viler obrazı ilə məşhurlaşıb (2016-cı ildən). "O" dəhşət filmində və davamı olan "O: İkinci fəsil"də Riçi Tozier rolunu canlandırıb (2017, 2019). Həmçinin "Kabus ovçuları: Axirət" (2021) və "Kabus ovçuları: Donmuş imperiya" (2024) fantastik komediyalarında Trevor Spenqler obrazını yaradıb.

F. Vulfhard "Gecə keşiyi" qısametrajlı komediyasının (2020) və "Cəhənnəm yayı" (2023) tammetrajlı filminin rejissoru olub. Musiqiçi kimi "Calpurnia" rok qrupunun vokalçısı və gitarçısı kimi fəaliyyət göstərib, 2020-ci ildən isə "The Aubreys" qrupunun üzvüdür.

Erkən illəri Finn Vulfhard 2002-ci il dekabrın 23-də Kanadanın Vankuver şəhərində yəhudi əsilli fransız-alman ailəsində anadan olub. Katolik məktəbində təhsil alıb. Atası Erik Vulfhard Kanadada yerli xalqların torpaq hüquqları üzrə tədqiqatçıdır. Böyük qardaşı Nik Vulfhard da aktyordur.

Filmoqrafiya Aktyor kimi Filmin ili Filmin azərbaycanca adı Filmin orijinal adı Rol2013q.fAftermathYoung Charles2015TVFövqəltəbiiSupernaturalCordi Pinski2016TV Qəribə şeylərStranger ThingsMayk Uiler2017fOİtRiçi Tozier2019fO: Bölüm 2It Chapter TwoRiçi Tozier uşaqlıqda

İstinadlar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Musiqi Kateqoriya:Uşaq aktyorlar