Əsma binti Əbu Bəkr (; ) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, ilk xəlifə Əbu Bəkrin qızı.
Bioqrafiyası Əsma Məhəmmədin ən yaxın dostu Əbu Bəkrin qızı idi. Anasının adı Quteylə bint Əbdüluzza idi. Onun Abdullah ibn Əbu Bəkr adlı qardaşı, Aişə və Ümmü Gülsüm adlı bacıları vardır, həmçinin ögey qardaşları Əbdürrəhman və Məhəmməd də mövcud idi. Onun Ummu Ruman binti Amir adlı ögey anası və ət-Tufeyl ibn əl-Haris əl-Əzdi adlı ögey qardaşı var idi.Muhammad ibn Saad, Tabaqat, vol. 8. Translated by Bewley, A. (1995). The Women of Madina, p. 193. London: Ta-Ha Publishers.
Əsmanın valideynləri Məhəmmədin peyğəmbərlik missiyası başlamazdan əvvəl boşanırlar. Valideynləri boşandıqdan sonra o, atasının evində qalır.Bewley/Saad p. 178.Al-Tabari vol. 39 p. 172.
Əsma İslamı ilk qəbul edənlərdəndir. İbn İshaqın tərtib etdiyi "Əbu Bəkrin dəvəti ilə İslamı qəbul edənlər" siyahısında o, 15-ci yerdədirGuillaume, A. (1955). A Translation of Ishaq’s Sirat Rasul Allah, p. 116. Oxford: Oxford University Press.. Məhəmməd və Əbu Bəkrin Mədinəyə (Yəsrib) hicrəti zamanı Əsma onlara Saur mağarasına yemək gətirirdi. Məhəmməd və Əbu Bəkr mağaradan çıxanda Əsma yükü iki kəmərə bağlayır və bunun səbəbdən Məhəmməddən "Zatu-Nitakain" (iki kəmər sahibi) titulunu alır.
Mədinəyə köçməzdən bir müddət əvvəl o, Zübeyr ibn Əvvamla evlənir və ərinin hicrətindən bir neçə ay sonra Mədinəyə köçür. Mədinədə yoxsulluq içində yaşayır.
Bir gün anası Quteylə bint Əbdüluzza Mədinəyə onu ziyarətə gəlir. Əsma onu evə buraxmır və bacısı Aişəni Məhəmmədlə məsləhətləşməyə göndərənə qədər hədiyyə qəbul etmir. Məhəmməd deyir, Əsma anasına qonaqpərvərlik göstərməsi düzgün olardı, çünki Kutayla müsəlmanlara qarşı heç vaxt düşmənçilik etməyib. Quranı təfsir edənlərin fikrincə, Mumtəhinə surəsinin 8 və 9-cu ayələri bu vəziyyətlə bağlı nazil edilmişdir.
Əsma və əz-Zübeyrin səkkiz övladı olmuşdur:
Abdullah (hicrətdən sonra Mədinədə doğulan ilk müsəlmandır). Əl-Munzir ibn əz-Zubeyr, Asim, Əl-Muhacir, Xədicə, Ümmü əl-Həsən, Aişə, Urvə. Əsma ailə həyatında bədbəxt idi, çünki əz-Zübeyr "insanların ən qısqananı" idi. Mədinədə daha üç qadınla evlənir. Bir dəfə ərinin zülmündən atasına şikayət etsə də, Əbu Bəkr ona nəsihət edir: "Qızım, səbir et. Əgər bir qadının saleh əri olsa və əri vəfat edərsə və o, öldükdən sonra yenidən evlənməzsə, onlar Cənnətdə qovuşarlar".Cited in Dashti, A. Bist O Seh Sal. Translated by Bagley, F. R. C. (1994). Twenty Three Years: A Study of the Prophetic Career of Mohammad, "Women in Islam". Costa Mesa, California: Mazda Publishers from Tabari’s Tahthib al-Athar and Zamakhshari’s Al-Kashshaaf. Zübeyrin digər arvadlarından Ümmü Gülsüm binti Uqbə də ondan şikayətlənərək bir neçə aylıq evlilikdən sonra ondan boşamasını xahiş etmişdir.Bewley/Saad p. 163. Zübeyr nəhayət Əsma ilə boşanmışdır.Bewley/Saad p. 179.
Əsma Yərmuq döyüşündə iştirak etmişdir (636).Walton, Mark W (2003), Islam at war, Greenwood Publishing Group, ISBN 0-275-98101-0, pp. 6, 30Islamic Conquest of Syria: A translation of Fatuhusham by al-Imam al-Waqidi Translated by Mawlana Sulayman al-Kindi Pages 325, 331–334, 343–344, 352–353
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Bənu Teym