Hoşyar Mahmud Məhəmməd Zəbari (; ) — İraq kürd siyasətçisi.Gunter, Michael M. (2018). Historical dictionary of the Kurds (3. ed.). Lanham: Rowman & Littlefield Publishers. . O, İraqın xarici işlər naziri, maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışmışdır.
Həyatı Hoşyar Mahmud Məhəmməd Zəbari 2 dekabr 1953-cü ildə İraqın Akra şəhərində, kürd əsilli ailədə anadan olmuşdur. O, İordaniyada siyasət üzrə bakalavr dərəcəsini bitirdikdən sonra Birləşmiş Krallığın Esseks Universitetində sosiologiya üzrə magistr dərəcəsi almışdır. Zəbari 1990-cı illərdə Kürdüstan Demokrat Partiyasının xarici əlaqələr üzrə sözçüsü olmuş, partiyanı təmsil etmək məqsədilə Birləşmiş Krallıq və ABŞ-da olmuşdur. Zəbari 2003-cü ildə İraq Hökumət Şurası tərəfindən İraqın Xarici İşlər naziri təyin edilmişdir. O, 2014–2016-cı illərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində də çalışmışdır.
Şəxsi həyatı Zebari İraq kürdü və sünni müsəlmandır. Onun atası Zəbari tayfasının başçısı Mahmud Ağa Zəbari idi və 1981-ci ildə İraq kəşfiyyatı tərəfindən qətlə yetirilmişdir. Onun üç böyük qardaşı da Səddam Hüseyn rejimi tərəfindən öldürülmüşdür. O, həm də İraq Kürdüstanının keçmiş prezidenti Məsud Bərzaninin əmisidir. Zəbari İraq və Birləşmiş Krallıq vətəndaşıdır.
İstinadlar
Kateqoriya:İraq siyasətçiləri Kateqoriya:Kürd siyasətçilər