Nikolay Semyonoviç Tixonov () ― rus yazıçısı, tərcüməçi, siyasətçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1966).

Həyatı Nikolay Tixonov 1896-cı il dekabr ayının 4-də (bəzi mənbələrdə bu tarix 22 noyabr olaraq göstərilir) Sankt-Peterburq şəhərində anadan olmuşdur. O, ilk əvvəl ibtidai şəhər məktəbində, sonra isə ticarət məktəbində təhsil almışdır. Nikolay Tixonov aztəminatlı ailənin övladı idi. Ailəsinə kömək etmək məqsədilə 1911-ci ildə təhsilini yarımçıq qoymuş və Baş Dəniz İqtisadiyyat İdarəsinin katibi vəzifəsində çalışmışdır.

Ədib 1914–1918-ci illər Birinci Dünya müharibəsi, 1918–1920-ci illər Rusiyada Vətən müharibəsi və 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmişdir.

Nikolay Tixonov Sovet Sülhü Müdafiə Komitəsinin sədri, SSRİ Nazirlər Soveti yanında Ədəbiyyat, İncəsənət və Memarlıq Sahəsində Lenin və SSRİ Dövlət Mükafatları Komitəsinin sədri vəzifələrində çalışmışdır. Ümumdünya Sülh Şurasının üzvü olan Tixonov SSRİ Ali Sovetinin 2–9-cu çağırış deputatı və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.

Nikolay Tixonov 8 fevral 1979-cu ildə Moskva şəhərində vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.

Yaradıcılığı Nikolay Tixonovun yaradıcılığının əsas mövzuları sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümüdür. Yazıçının əsərləri SSRİ xalqlarının dillərinə, habelə Azərbaycan və bir sıra xarici dillərə tərcümə olunmuşdur. Ədib Sankt-Peterburq şəhərində yerləşən Ermitaj muzeyində Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinin təşkilatçılarından biri olmuşdur. Dəfələrlə Azərbaycanda olmuş Nikolay Tixonov Azərbaycan haqqında bir sıra şeirlər yazmışdır. O, eyni zamanda Azərbaycan ədəbiyyatı və ədibləri haqqında məqalə və xatirələr qələmə almışdır. Habelə Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr etmişdir.

Əsərləri "Sami" (1920) "Üz-üzə" (1934) "Güruh" və "Braqa" (1922) "Dost ölkəsi" (1936) "İki axın" (1951) "Sülh tərəfdarları ikinci dünya konqresində" (1953) "Ağ möcüzə" (1956) "Yaşıl zülmət" (1966) "Altı sütun" (1968)

Mükafatları Nikolay Tixnov müxtəlif illərdə üç dəfə "Lenin" ordeninə layiq görülmüşdür. O, eyni zamanda Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Beynəlxalq mükafatlar laureatı olmuşdur. 1974-cü ildə "Azərbaycan SSR xalq şairi" fəxri adı ilə təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ şairləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan SSR xalq şairləri Kateqoriya:Rus şairlər