Vəli Nəcəfqulu oğlu Quliyev () — Zəngilan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1998–2011), Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini (1996–1998).
Həyatı Vəli Quliyev 1952-ci ilin iyun ayının 24-də Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır.
Ailəlidir, 3 övladı var.
Siyasi fəaliyyəti Vəli Quliyev 1996–1998-ci illərdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini tutmuşdur.
Azərbaycan Prezidentinin 26 avqust 1998-ci il tarixli sərəncamı ilə Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Azərbaycan Prezidentinin 26 aprel 2011-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
İstinadlar
Kateqoriya:Zəngilan Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycanın yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinləri