Fil Tippett (; ) — ABŞ kinorejissoru, vizual effektlər üzrə supervayzeri və prodüseri. O, Oskar və Emmi mükafatlarını qazanmış və məxluq dizaynı, kukla animasiyası və kompüter tərəfindən yaradılan personaj animasiyası üzrə ixtisaslaşmışdır.New York Times Bütün karyerası boyunca o, "Industrial Light & Magic" və "DreamWorks" şirkətlərində işləmiş, 1984-cü ildə özünün "Tippett Studio" şirkətini təsis etmişdir. Onun işləri orijinal "Ulduz müharibələri" trilogiyası, "Yura dövrü parkı" və "Robokop" kimi filmlərdə istifadə edilmişdir.

İstinadlar

Xarici keçidlər

Tippett Studio StarWars.com Phil Tippett bio

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ kinoprodüserləri