Borçalı Qəzasının Müsəlmanları, Borçalı Uyezdinin Müsəlmanları (, ) və ya Borçalı Qəzasının Müsəlmanları Qrupu (BQMQ) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 12-ci nömrə altında iştirak etmiş seçki bloku.

Haqqında thumb|Sadaxlı kəndindən namizəd Molla Xəlil Borçalı Qəzası Müsəlmanlarının Qrupu ilkin olaraq seçkilərə 15 nəfərlik siyahı ilə qatılmaq niyyətində olmuşdur. Qrupun 22 yanvar 1919-cu ildə tərtib etdiyi və Parlament Mərkəzi Seçki Komissiyasının katibliyində 24 yanvar 1919-cu ildə (№ 151) qeydiyyata alınmış siyahısında bu şəxslərin adları yazılmışdı:

Böyük ağa Axundov (Aşağı Saral kəndi); Mirzə Rza Əlizadə (Faxralı kəndi); Molla Abbas Hacı Qasım oğlu (Axlı-Mahmudlu kəndi); İsrafil bəy Həsən bəy oğlu Yadigarov (Təkəli kəndi); Məhəmməd Qarabağlıoğlu (Lecbəddin kəndi); Əlipaşa ağa Əsgər ağa oğlu Abbasov (Təkəli kəndi); Molla İsa Molla Nəsib oğlu (Kəpənəkçi kəndi); İbrahim bəy Mursaqulov (Qızılhacılı kəndi); Molla Qara Musa oğlu (Arıxlı kəndi); Hasan Molla Vəli oğlu (Qaçağan kəndi); Molla Xəlil (Sadaxlı kəndi); Əli Dəli Əhməd oğlu (Görarxı kəndi); Təhməzqulu Dünyamalı oğlu (Faxralı kəndi); Qurban Həsən oğlu (Saraclı kəndi); Cəfər ağa Eminov (Dəmirçihasanlı kəndi).

Seçki bülletenləri əsasən Azərbaycan və rus dillərində idi. Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Borçalı Qəzasının Müsəlmanları Qrupunun təsdiq edilmiş namizədlərinin bunlar idi:

Böyük bəy Ağa bəy oğlu Axundov; Mirzə Rza Mahmudəli oğlu Əlizadə; Molla Abbas Hacı Qasım oğlu Məmmədov; İbrahim bəy Hacı Həsən ağa oğlu Mursaqulov; Qurban Həsən oğlu.

Borçalı Qəzası Müsəlmanları Qrupu 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 77 səs (hamısı Tiflis qəzasından), ilk əlavə seçkidə — 147 səs (Posxov bölgəsindən – 94, Axalsıx qəzasından – 42, Axalkələk qəzasından – 7, Borçalı qəzasından – 4 səs) olmaqla cəmi 224 səs toplaya bilmişdi. Borçalı Qəzası Müsəlmanları Qrupu müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.

Həmçinin bax

Gürcüstan Müsəlmanlarının Milli Şurası Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar

İstinadlar