Rahil Sərvər oğlu Məmmədov () — Azərbaycan futbolçusu, "Araz-Naxçıvan" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi.
Karyerası
Klub 4 noyabr 1995-ci ildə Bakıda anadan olub.
O, peşəkar karyerasına Bakının "Neftçi" komandasında başlayıb . Onun Azərbaycan çempionatında debütü 1 aprel 2015-ci ildə "Bakı" ya qarşı oyunda (2:0) baş tutub. 2016-cı ilin yayında Avropa Liqasının seçmə mərhələsində "Neftçi"nin heyətində üç oyun keçirib. 2017-ci ildə çiyin əməliyyatından sonra oynamayıb .
Rahil Məmmədov 22 dekabr 2017-ci ildə "Səbail" FK ilə müqavilə imzalamışdır. O, 2 iyun 2018-ci ildə "Qarabağ"la 3 illik müqavilə imzalamışdır. Rahil Məmmədov 9 fevral 2022-ci ildə 2021–22 mövsümünün qalan hissəsi üçün icarə əsasında "Zirə"yə keçmişdir.
Rahil Məmmədov 2024-cü ilin yanvar ayında qarşılıqlı razılaşma ilə "Qarabağ" klubundan ayrılıb və Polşanın "Lodz" klubu ilə 1,5 illik müqavilə imzalayıb. Klub sonuncu yerdə qərarlaşaraq I liqaya düşdüyü üçün Məmmədov 16 liqa oyununda iştirak edib. 3 iyul 2024-cü ildə o, qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verib.
Məmmədov 17 iyul 2024-cü ildə "Radomiak Radom" ilə iki illik müqavilə imzaladıqdan sonra növbəti mövsümü Polşada keçirdi. 21 iyulda "Radomiak" Polşa Ekstraklasasında mövsümün ilk oyununa çıxdı və komanda səfərdə "Katovise" ilə qarşılaşdı. Görüş "Radomiak"ın qələbəsiylə başa çatıb – 2:1. Rahil bu görüşdə komandada debüt edib. O, Ekstraklasada XV turun "11-liy"inə seçilib. Məmmədovun komandası səfərdə "Poqon"u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub. 2025-ci ilin mayında klubdan ayrıldı.
Məmmədov 25 iyul 2025-ci ildə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Araz-Naxçıvan" ilə 1 illik müqavilə imzalayıb. 2 iyun 2026-cı ildə klubdan ayrılıb.
9 avqust 2026-cı ildə "Turan Tovuz" Rahil Məmmədovla "1+1" illik müqavilə imzalayıb.
Beynəlxalq 2015-ci ildən 2016-cı ilə qədər o, Azərbaycan U-21 gənclər milli komandasında 8 oyun keçirib və bir qol vurub. Azərbaycan U-23 milli komandasının tərkibində 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Rahil Məmmədov 27 mart 2018-ci ildə Azərbaycan milli futbol komandasının Şimali Makedoniya ilə oyununda millinin heyətində debüt etmişdir. O, 2018/19 UEFA Millətlər Liqasının üç oyununda iştirak edib . Məmmədov 2020-ci il Avropa Çempionatının seçmə mərhələsində iki , 2024-cü il seçmə mərhələsində isə beş oyunda iştirak edib.
Azərbaycan milli komandasının Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnib. Rahil Məmmədov 26 oktyabr 2025-ci ildə əməliyyat olunub. Müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub və cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib.
Uğurlar "Qarabağ"
Azərbaycan çempionu (2): 2018/19, 2019/20
Neftçi
Azərbaycan Kuboku finalçısı: 2015/16
Azərbaycan U23 İslam Həmrəyliyi Oyunları: (1) 2017
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular