Tobias Bekett () — "Ulduz müharibələri" franşizasında personaj. İlk dəfə 2018-ci ildə çəkilmiş "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində nümayiş olunmuş, burada Vudi Harrelson tərəfindən canlandırılmışdır. O, "Qırmızı şəfəq" cinayət sindikatında işləyən oğru və Han Solonun müəllimidir. Bekket sonradan Soloya xəyanət etmiş və nəticədə onun tərəfindən öldürülmüşdür.
Personaj Yaradılması Personaj Robert Lüis Stivensonun "Dəfinələr adası" romanından dəniz qulduru Con Silverə əsaslanmışdır. Ssenari müəllifləri Lourens və Conatan Kezdan "Solo" filminin ssenarisini yazmağa başlamazdan əvvəl kitabı yenidən oxumuşdur. Onlar Bekett və Han Solo arasında "Dəfinələr adası" romanından Silver və Cim Hokins arasındakı münasibətə oxşar bir şey yaratmağa çalışmışdırlar..
Canlandırılması ABŞ aktyoru Vudi Harrelson "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində Tobias Bekett personajını canlandırmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Uydurma qanqsterlər Kateqoriya:Uydurma adam oğruları Kateqoriya:Uydurma muzdurlar Kateqoriya:Uydurma qatillər Kateqoriya:Uydurma qaçaqmalçılar Kateqoriya:Uydurma oğrular Kateqoriya:Ulduz müharibələri personajları