Əl-Əsvəd əl-Ənsi (; ) — daha çox əl-Əsvəd əl-Ansi () — Ərəbistanın "yalançı peyğəmbərlərindən" biri. Daha çox Zül-ximar () kimi də tanınırdı.

Həyatı Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir. Nəhayət, yəmənlilər onu peyğəmbər kimi tanıyır.

Əl-Əsvəd özünü peyğəmbər elan etdikdən sonra onun tərəfdarları Nəcran və Səna şəhərlərini ələ keçirərək, bütün Yəmən ərazisinə nəzarəti bərqərar edir. Əsvədililər müsəlman hökmdarı Şəhr ibn Bazanı da öldürürlər. Əl-Əsvəd Şəhrin dul arvadı ilə evlənir və özünü Yəmənin hökmdarı elan edirEncyclopaedia of Islam, By Mufti M. Mukarram Ahmed, Muzaffar Husain Syed, pg.91–92, 241.

Məhəmməd peyğəmbərin təyin etdiyi zəkat yığanlar bu ərazini tərk etmək məcburiyyətində qalır. Bir müddət sonra fars Feyruz əd-Deyləminin başçılığı ilə müsəlmanlar əl-Əsvədə qarşı çıxır və onun tərəfdarlarını məğlub edirlər. Əl-Əsvədin özü döyüşdə öldürülür. Feyruz əd-Deyləmi onun başını kəsir. Bu hadisələr İslam peyğəmbəri Məhəmmədin vəfatından bir neçə gün əvvəl baş verir.

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İslam tarixi Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar