250px|thumb|right|Filmlərdə Daqobanı təsvir etmək üçün istifadə edilən məkan.
Daqoba () — "Ulduz müharibələri" kainatında uydurma planet.
Daqoba isti və rütubətli planetdir, müxtəlif canlılarla doludur. Planet güc adlanan enerji sahəsi baxımından bütün qalaktikada ən təmiz yerlərdən biridir. Daqoba əsasən bataqlıqlarla örtülmüş, saysız-hesabsız dayaz göl, laqun və çoxsaylı mağarası olan sirli, dumanlı planetdir. Daqobanın kontinental və okean qabığı sadəcə qeyri-müəyyən şəkildə müəyyən edilmişdir və vulkanik fəaliyyət, ya da zəlzələlər az olmuşdur. Planet hər hansı inkişaf etmiş və ya yerli sayıqlı sivilizasiyadan məhrumdur. Daqobanın iki mövsümü var: quraq və yağışlı. Uzun quraqlıq mövsümünün pik dövründə yüksək dağlıq ərazilər çox isti və əksər həyat formaları üçün əlverişsiz olur, orada yaşayanlar isə dağdibinə köçməyə məcbur qalır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ulduz müharibələrinin planetləri