Rusiyanın Ukraynaya qarşı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsinin aktiv fazası. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb.
Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib.
Zəmin
Postsovet münasibətləri 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Ukrayna 1991-ci ildən bəri müstəqilli tanınsa da, keçmiş SSRİ dövləti olduğuna görə Rusiya tərəfindən müdaxilə edilən dövlət kimi qəbul edilir. 2008-ci ildə Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmaq istəyinə qarşı çıxdı.
Ukraynada aksiyalar
Həftələrlə davam edən Avromeydan etiraz aksiyasının (2013–2014) ardınca keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç və Ukrayna parlament müxalifətlərinin liderləri 21 fevral 2014-cü ildə uyğunlaşma müqaviləsi imzaladılar. Növbəti gün Yanukoviç Kiyevdən qaçdı. Xaosun davamı Donbass müharibəsi oldu. Müharibənin səbəbi 2014-cü ilin martında Rusiyanın Krımı ilhaq etməsi və 2014-cü ilin aprelində Donetsk və Luqansk Xalq Respublikalarının yarı dövlət olmaları idi.https://web.archive.org/web/20140412131249/http://www.kyivpost.com/content/ukraine/armed-pro-russian-insurgents-in-luhansk-say-they-are-ready-for-police-raid-343167.html
Rusiya və NATO 14 sentyabr 2020-ci ildə Ukrayna prezidenti Zelenski Ukraynanın NATO-ya üzv olması barədə yeni strategiya imzaladı. 2021-ci il martın 24-də Zelenski "Krım Muxtar Respublikası və Sevastopol şəhərinin müvəqqəti işğal olunmuş ərazilərinin işğaldan azad edilməsi və reinteqrasiya strategiyası"nı təsdiq edən 117/2021 saylı fərman imzaladı.
Putin 2021-ci ilin iyulunda "Rusiya və Ukraynanın tarixi birliyi" adlı məqalə nəşr etdi. Həmin məqalədə rusların və ukraynalıların "vahid xalq" olduğunu yenidən bildirdi.https://web.archive.org/web/20220125053520/http://en.kremlin.ru/events/president/news/66181 ABŞ tarixçisi Timoti Sinder Putinin fikirlərini imperializm olaraq adlandırdı. İngilis jurnalist Eduard Lukas isə bunu tarixi revisionizm olaraq adlandırdı.
İşğala hazırlıq
İşğala hazırlıq ilk olaraq 2021-ci ilin mart-aprel ayları və ardınca 2021 oktyabr — 2022 fevral ayına qədər irimiqyaslı əsgər hazırlığı ilə başladı. Rusiya ABŞ və NATO-ya Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxdığı haqda qanuni iki müqavilə hazırladı.
Rusiyanın ittihamları
Soyqırım ittihamları Rusiya prezidenti Vladimir Putin 9 dekabr 2021-ci ildə Rusiyadan kənarda yaşayan və rus dilində danışan insanlara qarşı edilən ayrı-seçkilik barədə bunları dedi: "Bildirməliyəm ki, ruslara qarşı edilən ayrı-seçkilik soyqırıma doğru ilk addımdır. Hamımız Donbassda baş verənləri bilirik. Bu, şübhəsiz ki, soyqırıma çox bənzəyir". Rusiya həmçinin Ukrayna dili qanununu da qınadı. Putin 15 fevral 2022-ci ildə mediaya "Donbassda baş verlənlər soyqırımdır." açıqlaması etdi. Xəbər saytları Putinin ana dili rus dili olanlara qarşı edilən soyqırımları ittiham etməsinə baxmayaraq, Ukrayna prezidenti Volodimir Zelenskinin də ana dilinin rus dili olduğunu bildirdi.
BMT, ATƏT və Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlar Rusiyanın bu iddialarını təsdiq edən sübutlar tapa bilmədi. Soyqırım iddiaları Avropa Komissiyası tərəfindən Rusiya dezinformasiyası olaraq adlandırıldı və rədd edildi.
ABŞ-nin Ukraynadakı səfirliyi Rusiyanın soyqırım ittihamlarını "yalan" olaraq adlandırdı. ABŞ Xarici İşlər Nazirliyinin təmsilçisi Ned Pris isə Moskva tərəfindən edilən bu növ ittihamların Ukraynanı işğal etmək üçün bəhanə olduğunu dedi. 18 fevralda Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Rusiyanın soyqırım həqiqəti haqqında şübhələnən ABŞ rəsmilərinə Səfirliyin rəsmi Facebook səhifəsində belə cavab verdi: "Amerikalılar sadəcə məhəl qoymamaqla kifayətlənmirlər. Rusların Ukraynada məcburi assimilyasiya cəhdlərini təsdiq edirlər."
Müharibə ittihamları Donbasda baş verən münaqişə 17 fevral 2022-ci ildə böyük miqyasda artdı. 2022-ci ilin ilk həftəsində gündəlik hücum sayı iki-beş arası ikən, Ukrayna ordusu 17 fevralda bu rəqəmin 60-a qalxdığını açıqladı. Rusiya qüvvələri Luqanskda yerləşən məktəbə top atdı və üç mülki vətəndaş yaralandı. LXR qüvvələri isə Ukrayna tərəfindən silahlı atəşlərə və bombardmana məruz qaldığını dedi.
Növbəti gün DXR və LXR mülki vətəndaşların paytaxtdan məcburi təxliyə edilməsini əmr etdi.
2022-ci il fevralın 21-də Donetsk və Luqansk "xalq respublikalarını" tanıdıqdan sonra Rusiya prezidenti Vladimir Putin Rusiyanın "sülhməramlı missiya" adı altında Rusiya qoşunlarının Donbassa daxil olmasını əmr etdi. Rusiya Ukrayna ilə sərhəddə hava məkanını bağlandı. Bu ərəfədə Donbassda qoşunların təmas xəttində vəziyyət kəskin pisləşməyə başladı. Rusiya Ukrayna diversantlarının ölkə ərazisinə daxil olmasını və onların məhv edilməsi kadrlarını yaydı. Donbassın separatçıların nəzarətində olan əhalinin Rusiyaya təxliyəsi xəbərləri yayılmağa başladı. Rus kanalları bunu geniş şəkildə işıqlandırdı. Bellingcat araşdırma saytı Donbassda terror aktları, partlayışlar və təxliyələrin çoxunun Rusiya tərəfindən təşkil edildiyinə dair mümkün sübutlar dərc etdi.
Fevralın 21-də Luqansk Xalq Respublikasında yerləşən Luqansk İES naməlum qüvvələrin atəşinə məruz qalıb, nəticədə o, işləri dayandırmaq məcburiyyətində qalıb. 2022-ci il fevralın 22-də ABŞ prezidenti Co Bayden "Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcı" olduğunu bəyan etdi. Həmin gün Rusiya Federasiya Şurası yekdilliklə Putinə Rusiyadan kənarda hərbi güc tətbiq etməyə icazə verir. Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski hələ ümumi səfərbərlik həyata keçirməsə də, Ukraynada ehtiyatda olan hərbçilərin orduya çağırılması barədə göstəriş verir. 23 fevral 2022-ci ildə Ukraynada bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Həmin gün Rusiya Kiyevdəki səfirliyini boşaltmağa başlayıb və həmçinin binanın damından Rusiya bayrağı endirilib. Fevralın 23-də Ukrayna parlamentinin və hökumətinin saytları, eləcə də bank saytları DDoS hücumlarına məruz qalıb.
Gedişat
24 fevral 24 fevral səhər saat 5 radələrində (Bakı vaxtı ilə), Rusiya Prezidenti Vladimir Putin çıxışında Ukraynaya hücum etməyə başladığını açıqladı. Putin çıxışında Ukrayna ərazilərini işğal etmək niyyətinin olmadığını dedi. Rusiya Müdafiə Nazirliyi Ukraynanın hava limanlara hücum etdikdən sonra Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi ərazini müharibə zonası olaraq adlandırıb buradakı hava nəqliyyatına məhdudiyyətlər qoydu.
Putinin çıxışından 15 dəqiqə sonra, jurnalistlər Kiyev, Xarkov, Odessa və Krematorskda baş verən partlatışlar haqda məlumat yaymağa başladı. Ukrayna Rusiyanın Mariupol şəhərinə əsgərlər göndərdiyini və Kiyev, Xarkov və Dniprodakı hava limanlarına və hərbi bazalarına qanadlı raket və ballistik raketlər atdığını açıqladı. Hərbi maşınlar Ukrayna vaxtı ilə səhər saat 5-də Krım sərhədindən Ukraynaya girdi.thumb|200x200px|Kiyev şəhəri raket hücumundan sonra|leftUkrayna Baş Naziri Anton Heraxenko 6:30-da (UTC+2) Rusiya qüvvələrinin Xarkov şəhərinin yaxınlığındakı magistral yolu işğal etdiyini və Mariupol şəhərində irimiqyaslı amfibiya müharibə etdiyini dedi. Ukrayna Sərhəd Qüvvələri Krımla birgə Sumı, Xarkov, Çerniqov və Jitomirdəki yaşayış ərazilərinə hücum edildiyini açıqladı.
Ukrayna Müdafiə Nazirliyinin vebsaytı bir neçə saat xidmət göstərmədi. Nazirliyin bildirdiyinə görə Luxanskda beş təyyarə və bir
helikopter məhv edilmişdir. Səhər saat 7-də (UTC+2) prezident Zelenski ölkədə hərbi vəziyyət elan etdi.
Podilskdə rus qüvvələri tərəfindən altı nəfər öldü, yeddi nəfər yaralandı. On doqquz nəfərin itkin düşdüyü deyildi. Mariupol şəhərində bir nəfər öldürüldü. Çuquev şəhərində bir ev Rusiya topçusu tərəfindən zədələnərək yaşayanlar yaralandı və bir uşaq öldü. Lipetsk kəndində Rusiyanın törətdiyi partlayış nəticəsində 18 nəfər öldü.
Səhər saat 10-da (UTC+2) Ukrayna hökumətinin brifinqində Rusiya qoşunlarının Ukraynanı şimaldan işğal etdiyi açıqlandı. 10:30-da (UTC+2) Ukrayna Müdafiə Nazirliyinin rəsmi vebsaytında Çerniqov vilayətində Rusiya qoşunlarının qarşısının alındığı, Xarkiv yaxınlığında müharibənin davam etdiyi və Mariupol və Şastyanın geri qaytarıldığı və ən az altı təyyarə, iki helikopter və düşmənin bir sıra zirehli maşınlarının məhv ediliyi bildirildi. Rusiya təyyarə və yaxud zirehli maşın itirmədiyini açıqladı.
Belarus Ukraynanı şimaldan işğal etmək üçün rus qoşunlarının ərazisinə daxil olmasına icazə verdi. Səhər saat 11:30-da (UTC+2) Rusiyaya məxsus raketlər Kiyev, Odessa, Xarkov və Lvivə atıldı. Donetskda quru müharibəsinin davam etdiyi açıqlandı.
Yerli əhali atılan raketlərdən qorunmaq üçün Kiyev metropoliteni və Xarkov metropoliteninin bəzi stansiyalarına sığındı. Uqledarda (Donetsk vilayəti) xəstəxananın bombalanması nəticəsində mülki vətəndaşlardan dördü öldü, onu isə (altısı həkim idi) yaralandı. Saat 16:00-da (UTC+2) Ukrayna prezidenti Volodimir Zelenski müharibənin əhatə dairəsinin Çernobıl və Pripyata yayıldığını açıqladı. Həmçinin Krımdan irəliləyən Rusiya qoşunlarının Şimali Krım kanalında idarəni ələ keçidiyi açıqlandı.
Kiyev meri Vitali Kliçko saat 16:18-də (UTC+2) 22:00–07:00 arasında komendat rejimi elan etdi.
Ukrayna vaxtı ilə saat 17:55-də (Bakı vaxtı ilə 19:55-də) Moskvada keçirilən sülh tərəfdarlığı nümayişinə polis müdaxilə edərək çox sayda insanı saxladı.
18:35-də (Bakı vaxtı ilə 20:35) Ukrayna Heniçeski itirdiyini açıqladı. 19:20-də (Bakı vaxtı ilə 21:20) isə Çernobıl Atom Elektrik Stansiyası Rusiya qoşunları tərəfindən işğal edildi.
25 fevral thumb|200x200px|Kiyevdə yaşayış binası bombardman edildikdən sonra 25 fevral gecə saatlarında Ukrayna Prezidentinin rəsmi saytında Ali Baş Komandan, bu vəzifəni Volodimir Zelenski özü tutur, idarə kabinetinin yaranması haqda fərman yayıldı. Prezident digər paylaşımda ölkədə 90 sutkalıq tam səfərbərliyin elan olunduğunu bildirdi. İlk növbədə operativ ehtiyatda olan hərbçiləri qulluğa çağırılması nəzərdə tutulur. Bunlar yaşı 40-dan çox olmayan, hərbi təcrübəsi olan və ya keçmiş səfərbərlik vaxtı (2014-cü ildən bəri) orduya cəlb olunmuş hərbçilərdir. Eyni anda yaşı 18–60 arası Ukrayna vətəndaşı olan bütün kişilərə ölkədən çıxış qadağan edildi. Ukrayna vaxtı ilə gecə saat 4 radələrində (UTC+2) Kiyevdə iki dəfə partlayış oldu. Ukrayna Daxili İşlər Nazirliyindən Anton Qeraşenko bu partlamanın qanadlı və ballistik raketlər olduğunu açıqladı.
Ukrayna Kiyevdə düşmənin təyyarəsini məhv etdiyi xəbərini yaydı. Daha sonra sosial mediada paylaşılan şəkillər vasitəsilə bu xəbərin düzgün olduğu təsdiqləndi.
25 fevral səhər saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski televiziyada etdiyi çıxışında Rusiyanı mülki vətəndaşları və hərbi bazaları hədəfə almaqda ittiham etdi. Ukraynalı jurnalist Vadim Denisenko son 24 saat ərzində mülki vətəndaşlar olan 33 yerin vurulduğunu dedi. Ukrayna Müdafiə Nazirliyi tərəfindən Rusiya qoşunlarının Kiyevin Obolonski ərazisinə girdiyi və Ukrayna Parlament binasından təxminən 9 km uzaqlıqda olduğu açıqlandı. Həmçinin Ukrayna Müdafiə Nazirliyi yaş fərqi olmadan bütün Ukraynalı yerli əhalinin hərbi qulluq üçün könüllü olmağa dəvət etdi.
Prezident Zelenski Ukraynanın "tərəfsiz statusu barəsində danışmaqdan qorxmadığını" bildirdi. Həmin gün Rusiya Prezidenti Putin Çin Prezidenti Si Tsinpinə müraciətində "Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlar aparmağa hazırdır." dedi.