I Çarlz () və ya Cəngavər Çarlz () () — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır.
Böyük qardaşı I Filibertin qanuni varis buraxmadan ani vəfatı səbəbilə, 1482-ci ildə 14 yaşında ikən Savoyya hersoqu oldu. 1485-ci ildə keçmiş Kipr kraliçası Şarlotta tərəfindən rəsmi varis elan olundu. Kiprli Şarlotta onun əmisi Lüdovikin həm dayısı qızı, həm də ikinci xanımı idi və 1464-cü ildə ögey qardaşı II Ceymsə məğlub olaraq ölkədən qaçmışdı. Ancaq hələ də taxt iddiasını davam etdirirdi. Krallıq Venesiya Respublikası tərəfindən işğal edilsə də, Savoyya sülaləsi de-yure olaraq öz taxt iddialarını davam etdirdilər.
Ancaq I Çarlz da qardaşı kimi gənc yaşında vərəm xəstəliyi səbəbilə vəfat etdi. 1485-ci ildə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşla evləndi və cütlüyün 2 övladı doğuldu:
Savoyyalı Yolanda Luiza Savoyyalı Çarlz Amadeus
Mənbə Boase, Roger (2017). Secrets of Pinar's Game: Court Ladies and Courtly Verse in Fifteenth-Century Spain. Vol. 1. Brill. Denieul-Cormier, Anne (1969). A Time of Glory: The Renaissance in France, 1488–1559. Doubleday. Hand, Joni M. (2013). Women, Manuscripts and Identity in Northern Europe, 1350–1550. Ashgate. Hill, George (1948). A History of Cyprus. Vol. The Frankish Period, 1432–1571. Cambridge University Press.
İstinadlar