Vitali Vladimiroviç Skakun (; ) — Ukrayna hərbi qulluqçusu, matros, Ukrayna Qəhrəmanı (2022), kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı.

Həyatı Vitali Skakun 19 avqust 1996-cı ildə Ternopol vilayətinin Berejanı şəhərində anadan olmuşdur.

Berejanı şəhəri 3 nömrəli ümumtəhsil məktəbini, 20 nömrəli Lvov Ali peşəkar məktəbini (2017) və "Lvov Politexnikası" Milli Universitetini bitirmişdir.

Rusiyanın Ukraynaya hücumu zamanı 24 fevral 2022-ci ildə kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı, matros Vitali Skakun Xerson vilayətində rus qoşunlarına aid tank kolonunun hərəkətinin qarşısını almaq üçün Geniçesk avtomobil körpüsünü partladan zaman həlak olmuşdur.

26 fevral 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin sərəncamı ilə matros Vitali Skakun ölümündən sonra "Ukrayna Qəhrəmanı" adına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər Белякова, И. Виталик, дитя, как??? Что рассказали в Бережанах о Герое Виталие Скакуне, который взорвал мост вместе с собой // 20 минут Тернополь. — 2022. — 25 fevral. Украинский морпех погиб при подрыве Генического моста // Azadlıq radiosu. — 2022. — 25 fevral. Моргун, И. Героически погиб: уроженец Тернопольщины взорвал мост, чтобы остановить врага // Общественное Новости. — 2022. — 25 fevral. МОН выражает соболезнования по поводу смерти украинского пехотинца Виталия Скакуна // mon.gov.ua. 25 fevral 2022-ci il.

Kateqoriya:Ukrayna Qəhrəmanları Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Partlayıcı qurğu ilə intihar edənlər Kateqoriya:İstehkamçılar