Darya Hodaei (azərbaycanca. Dərya Hüdayı, fars. دریا هدایی) — Güney Azərbaycan əsilli İranlı-amerikalı əczaçılıq həkimi və uşaq kitabları yazıçısıdır. O, Azərbaycan türkcəsinin qorunması və tədrisi məqsədilə yaradılmış EnglishAzerbaijani platformasının təsisçisidir.
Həyatı Darya Hodaei Təbriz şəhərində anadan olmuşdur. Əczaçılıq təhsilini Təbriz Tibb Elmləri Universitetində almış və əczaçılıq doktoru (PharmD) dərəcəsinə yiyələnmişdir. Əczaçılıq sahəsində təhsil alan Hodaei İranda həm ictimai, həm də xəstəxana əczaçısı kimi fəaliyyət göstərmiş, farmasevtika sahəsində elmi məqalələr dərc etdirmişdir. Sonralar Amerika Birləşmiş Ştatlarına köçmüş və əczaçılıq sahəsində peşəkar fəaliyyətini davam etdirmişdir.
Hodaei uşaqlıq və gənclik illərində Azərbaycan türkcəsində formal təhsil almaq imkanının olmamasının onun milli kimlik məsələlərinə marağını artırdığını bildirmişdir. Bu səbəbdən o, peşəkar fəaliyyətini əczaçılıq sahəsində davam etdirməklə yanaşı, Azərbaycan dili və mədəniyyətinin qorunması və təbliği istiqamətində də ictimai və mədəni fəaliyyət göstərmişdir.
Kitabları və yaradıcılığı Dərya Hüdayı Azərbaycan türkcəsinin öyrədilməsi və Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərən EnglishAzerbaijani platformasının direktorudur. O, Azərbaycan dili, folkloru və mədəniyyətinə həsr olunmuş bir sıra kitabların müəllifidir. O, Beynəlxalq Ana Dili Günü münasibətilə verdiyi müsahibələrdə hər bir uşağın öz ana dilində təhsil almaq hüququnun vacibliyini vurğulamışdır.
Onun əsərləri arasında Azerbaijani Turkic Alphabet and Numbers və Koroghlu the Hero kitabları yer alır.Bu əsərlərdə Azərbaycan folkloru və dili uşaqlara təqdim edilir. 2021-ci ildə nəşr olunan Jirtdan's Halloween kitabı Amazon platformasında uşaq folkloru kateqoriyasında bestseller olmuşdur.
Elmi nəşrləri
Hodaei, D. və b. The Effect of Tween Excipients on Expression and Activity of P-Glycoprotein in Caco-2 Cells. Pharmind (Die Pharmazeutische Industrie).
Hodaei, D. və b. Effects of Polyethylene Glycols on Intestinal Efflux Pump Expression and Activity in Caco-2 Cells. Brazilian Journal of Pharmaceutical Sciences (2015).
Yousefi, K.; Hamedeyazdan, S.; Hodaei, D. və b. An in vitro ethnopharmacological study on Prangos ferulacea: a wound healing agent. BioImpacts (2017).
Hodaei, D. və b. Metformin in Alzheimer’s Disease: An Overview of Potential Mechanisms, Preclinical and Clinical Findings. Biochemical Pharmacology (2022).
Khezri, M. R.; Moloodsouri, D.; Hodaei, D.; Ghasemnejad-Berenji, M. Therapeutic Potential of Loureirin A Against SARS-CoV-2 Infection. Phytotherapy Research (2022).
İstinadlar
Xarici keçidlər
Daryanın kitabları EnglishAzerbaijani platforması