Yamasiro üsyanı — 1485-1493-cü illərdə Yaponiyanın Yamasiro əyalətində baş vermiş kəndli üsyanı.

Üsyan Asikaqa syequnlarının hökmranlığının (1335-1573) ikinci yarısında feodal ara müharibələri şəraitində baş vermişdi. 1485-ci ildə Yamasiro əyalətində feodal, ara müharibələrindən daha çox əziyyət çəkmiş kəndli qoşunları feodallar və onların drujinalarını əyalətdən qovdular. Samuraylar, şəhər sənətkarları və tacirlərinin bir hissəsi üsyançılara qoşuldu. 7 il əyaləti xalq yığıncağı idarə etmiş, xalq qoşunları əyaləti feodal drujinalarının basqınlarından qorumuşdu. Asikaqa hökuməti yalnız 1493-cü ildə xalq yığıncağındakı zidiyyətlərdən istifadə edərək feodal hakimiyyətini bərpa edə bildi.

Mənbə

Kateqoriya:Yaponiyada üsyanlar Kateqoriya:Feodal Yaponiyanın hərb tarixi