300px|thumb|right|Novruz atəşi Azərbaycan fişəng və səma fənərləri — Azərbaycan mərasimlərində istifadə edilən vasitələr. Azərbaycan regionlarında fişəng və səma fənərləri üçün müxtəlif cür adlandırılmalardan istifadə edilir.
Tarixi arxa plan Azərbaycanın da daxil olduğu Səfəvi imperiyasında 22 növ fişəng mövcud idi. Bu fişənglərə ulduz yağışı, sehrli nərgiz, tovuz quşu, Hind gülü, 7 rəngli nərgiz və səməndər çiçəyi kimi adlar verilmişdi.Erdoğan, E. (2019). SEYYAHLARA GÖRE XVII. YÜZYILDA SAFEVİLERDE DÜZENLENEN BAZI OYUNLAR, EĞLENCELER VE GÖSTERİLER . Tarih Araştırmaları Dergisi, 38(66), 224-242. https://doi.org/10.35239/tariharastirmalari.519754
Adlandırmalar
Taraqqa, beşaçılan, onaçılan, tumanagirən Fişənglərlə keçirilən şənlik Azərbaycanda atəşfəşanlıq, atəşbazlıq, fişəngbazlıq adlandırılmışdır.Azərbaycan dilinin sinonimlər lüğəti. Şərq-Qərb. Bakı, 2007. ISBN 978-9952-34-109-6. Naxçıvanda Novruz bayramı ərəfəsində, köhnə ilin axır çərşənbəsində atəşfəşanlıq edilər, fişəng fırladılaraq göyə atılar, taraqqa partladılardı.Hacı Qadir Qədirzadə, Milli-mənəvi dəyərlərimiz: Bayramlar, mərasimlər, adətlər, münasibətlər. Əcəmi Nəşriyyat Poliqrafiya Birliyi, Naxçıvan-2012. 128 səh. Taraqqa sözü Şuşa ləhcəsində də işlədilir. Y. V. Çəmənzəminli "Həyatımın 20 ili" əsərində Novruz bayramını təsvir edərkən taraqqa sözünü işlədir: "Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng-taraqqa atardıq…"Əzizov Elbrus İslam oğlu Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Dərs vəsaiti. 2-ci nəşri. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2016, 348 s.
Köhnə ilin axır çərşənbəsində Ordubadda isə ustaların kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırdılar.Azərbaycan Folkloru Antologiyası, XXIII kitab, 2-ci cild. Bakı, "Nurlan" nəşriyyatı, 2011. 360 səh. Ordubadın Dəstə kəndində atılan bir fişəng növü isə tumanagirən adlanır.Əbülfəz Aman oğlu Quliyev, Nuray Yadigar qızı Əliyeva. Naxçıvan dialekt və şivələrinin lüğəti. Naxçıvan, "Əcəmi" nəşriyyatı, 2017, 296 səh.
Üskü, lopa, şar
Novruz bayramında üskü-lopa atılması ilə xəstəliyin, hər cür pisliyin qarşısının alındığına inanılırdı. İlk üç çərşənbədə tonqalda yandırılan lopa üç dəfə ev-eşin dövrəsində dolandırılar və bu sözlər deyilərdi:Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
Qaçın, qaçın, şeytanlar, Sizi oda qalaram.
Ovsun üçün istifadə edilən bu sözlərdə şər qüvvələrin qorxub-qaçması, bir daha evə yaxınlaşmaması ifadə olunub.
Naxçıvan bölgəsində lopa ilə birlikdə şar adından da istifadə edilir, ilaxır çərşənbədə uşaqlar tərəfindən hazırlanan "şarlar" yandırılıb fırladılaraq göyə atılırdı. Bakı kəndlərində həm tonqala, həm də göyə atılan lopalara üskü deyilir, Novruz qabağı çərşənbələr üskü çərşənbəsi adlandırılırdı.
Alov topları
Novruz bayramının ilk günü olan baca-baca günündə İğdırın azərbaycanlı gəncləri əllərinə tel yumaqlarını yığır, onları qaz yağına batırıb, yandırıb havaya atırlar. Məqsəd elektrik olmadığı vaxtlar havanı işıqlandırmaq, yazın gəlişi ilə birlikdə aydınlığın gəlməsini qeyd etməkdir. (sayfa 242-243)
Mərasimlər Böyük Çillə. Qışın başlanması münasibətilə keçirilən Çillə gecəsində atəşfəşanlıq edilərdi. Kiçik Çillə. Kiçik Çillənin çərşənbələrində ( "oğru çərşənbə", "oğru buğ", "oğru üskü") insanlar lopa yandırıb evin ətrafında 3 dəfə fırladaraq şər qüvvələrdən qorunacaqlarına inanırdılar. Boz ay və Qarayaz. Novruzda yeni ilin gəlişi şeypur, təbil səsləri vasitəsilə xəbər verilər, atəşfəşanlıq edilərdi. Bu səbəblə də "Novruzun topu atılan" vaxta "il təhvil oldu" deyilərdi. "Novruzun topu atıldı" – deyə hamı bir-birinin yeni ilini qeyd edərdi.
Həmçinin bax Azərbaycanda tonqal qalamaq adəti
İstinadlar
Ədəbiyyat Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
Kateqoriya:Novruz bayramı Kateqoriya:Azərbaycanın qeyri-maddi mədəni irsi Kateqoriya:Azərbaycanın milli oyuncaqları