Mirzə Mehmed Paşa (ö. fevral 1728) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Əslən kürd olub, Əndərunda yetişmişdir. Sarayda xəzinədar olaraq xidmət etdikdən sonra 1716-cı ilin oktyabrında vəzirliklə Ərzurum bəylərbəyi oldu. 1719-cu ildə vəzifədən alınıb, bir müddət həbs tutulsa da, daha sonra bağışlanmış və Saloniki, ardından 1726-cı ilin aprelində Kandiyə sancaqbəyi təyin edilmişdir.

Həmin il Sultan Mustafanın qızlarından Safiyə Sultanla nigahlandı. Ancaq 2 il sonra Mehmed Paşa vəfat etmiş, Safiyə Sultan ikinci dəfə dul qalmışdır. İlk evliliyindən Əbdürrəhman bəy adlı oğlunun olduğu bilinir.

Mənbə

Sicill-i Osmani IV cild, səh. 38

İstinadlar