Mahmud Cəlaləddin Paşa () — Osmanlı sultanı Sultan Əbdülməcid, Sultan Əbdüləziz, V Murad və II Əbdülhəmid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Həyatı Atası Sultan Mahmud dönəminin vəzirlərindən Əhməd Fəthi Paşa idi. Atası Sultan Mahmudun qızlarından Atiyə Sultanla evli olsa da, Mahmud Paşa onun Şəmsinur xanımla olan ilk evliliyindən dünyaya gəlmişdir. Ögey anasının vasitəsilə mükəmməl təhsil aldı. 1858-ci ildə Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultanla nişanlandı. Üstəlik Cəlaləddin Paşanın bir kənizindən Mehmed Kazım və Əhməd Fazil bəy adlı 2 oğlu da vardı. Bu səbəblə, saray ənənəsinə uyğun olaraq, öncə bu evliliyi sonlandırıldı. 27 may 1858-ci ildə başlayan toy şənliklərinin ardından 11 iyunda cütlüyün nigahı şeyxülislam Məşrəfzadə Arif Əfəndi tərəfindən bağlandı. Cütlüyün şərəfinə Fındıklıda bir saray inşa olunsa da, sarayın inşası gecikmiş, bu səbəblə cütlük toy mərasiminin ardından bir müddət Əmirgandakı sahilsaraylarının birində yaşamışdır.Freely, Osmanlı Sarayı, s. 276-277 Bir-birlərini çox sevdikləri bilinən cütlüyün bu nigahdan 6 övladları dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşlarında vəfat etdi.
Ancaq qaynatasının 1861-ci ildə vəfatından sonra taxta çıxan qardaşı Sultan Əbdüləziz səltənətinin ən güclü müxaliflərindən biri oldu. Buna baxmayaraq Sultan Əbdüləziz səltənətində toplam 2 dəfə - avqust 1872-iyul 1874 və oktyabr 1875-sentyabr 1876 dönəmlərində ticarət naziri olaraq xidmət etmişdir. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi. Saray çevrilişinin ardından 2 dəfə Topxana müşiri və bir dəfə sərdar təyin edildi. Sultan Əbdülhəmidin taxta çıxmasının ardından 1879-cu ilin yanvarında Trablusqərb valisi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı.
Ulduz məhkəməsi 1881-ci ildə Sultan Əbdülhəmidin əmriylə aparılan Ulduz məhkəmələrinin nəticəsində saray hərəminə edilən basqının ardından hərəmdə tutulan kəniz və xidmətçilərin saraydan atılmasıyla, eləcə də çevrilişdə iştirak edən ordu mənsublarına ödəniləcək mükafatların təyin edilməsiylə vəzifələndirildiyi aşkarlandı. 29 iyun 1881-ci ildə tamamlanan məhkəmə soruşdurmasının nəticəsində Sultan Əbdülməcidin digər kürəkəni Nuri Paşa və təqsirləndirilən digər 7 şəxslə birlikdə edama məhkum olundu. Ancaq Sultan Əbdülhəmid tərəfindən canları bağışlanaraq edam qərarı ömürlük sürgünlə əvəz olundu. Öncəliklə Cəmilə Sultan zorla ərindən boşandırıldı və Mahmud Paşa digər təqsirləndirilən şəxslərlə birlikdə Taifə sürgün edildi.
Sürgündə ağır şəraitdə həbs tutulan Mahmud Paşa 8 may 1884-cü ildə gecəyarısı baş tutan basqınla qala mühafizəçiləri tərəfindən tutulduğu Taif qalasında Mithat Paşa ilə birlikdə qətlə yetirildi. Cənazəsi yaxınlıqdakı kimsəsizlər məzarlığına dəfn olundu.
Şəcərəsi
Mehmed Kazım bəy (?-?) Əhməd Fazil bəy (?-?) Əminə Fəthiyə xanım Sultan (1859 - 22 mart 1887) — 1887-ci ilin yanvarında miralay Xeyri bəylə (1850 - 4 yanvar 1894) evləndi. Ancaq cəmi 2 ay sonra vəfat etdi.Osman Selahaddin Osmanoğlu, Osmanlı Devleti’nin Kuruluşunun 700. Yılında Osmanlı Hanedanı, ISAR, İstanbul 1999, s. 17 Sultanzadə Mehmed Mahmud Cəlaləddin bəy (4 iyun 1864, Fındıqlı sarayı - 6 iyul 1916, Kandilli sarayı) — İbrahim Saqib bəylə əkizdir. İlk evliliyi Visalinur xanımla baş tutdu və 2 övladı doğuldu. Xanımının vəfatından sonra ikinci evliliyi Çərkəz Mehmed bəyin qızı Xeyriyyə xanımla baş tutdu və bir qızı doğuldu.Jamil Adra, Genealogy Of The Imperial Ottoman Family, First Edition, Paris 2004, s. 9 Mövhibə Cəlaləddin (1887 - 5 mart 1953) Mahmud (7 avqust 1911 - 1942) Ziyayəddin Cəlaləddin Nailə (1912 - ?) Əngin (1933 - ?) Sevil (1942 - ?) Bəhrəmənd (1917 - ?) Gülnur Sərtəl (1955 - ?) Kənan (1973 - ?) Münirə Cəlaləddin (14 mart 1890 - 8 may 1957) Cəmilə Sara Ərtoğrul (1922 - 15 may 2004) Səmra Ərtoğrul (1924 - 1928) Sultanzadə İbrahim Saqib bəy (4 iyun 1864, Fındıqlı sarayı - 5 sentyabr 1897) — Mahmud Cəlaləddin bəylə əkizdir. Vicdan və Dilbəstə adlı 2 xanımının olduğu bilinir. Bu evliliklərindən 2 qızı doğuldu. Şəhimə (1888 - ?) Əminə (1890 - ?) Müfidə (1910 - ?) Bilgə (1933 - ?) Sultanzadə Bəsim bəy (1874, Fındıqlı sarayı - 1876, Fındıqlı sarayı) Aişə Siddiqə xanım Sultan (21 sentyabr 1875, Fındıqlı sarayı - 1940, Nitsa) — padşah yavərlərindən Fuad Paşayla Ulduz sarayında evləndirildi və 2 qızı doğuldu. Xədicə Kərimə Örfi (15 iyun 1901 - 1955) Güzin Vildan Bəngü (1923 - 1981) Fatma Nöqbə Çubuqçu (3 may 1949 - ?) Rüfət Bəngü (1928 - ?) Fuad Bəngü (24 avqust 1948 - ?) Doğan Bəngü (5 may 1959 - ?) Arzu Bəngü (9 noyabr 1969 - ?) Siddiqə Naimə Örfi (10 mart 1910 - 31 oktyabr 1963) Ədhəm Döməkə (22 may 1933) Aoşə Döməkə (1971 - ?) Aylin Döməkə (1976 - ?) Fatma xanım Sultan (1879 - 24 fevral 1890)
İstinadlar
Mənbə
Osmanlı hanedanına mensup bir kadın olmak: Cemile Sultan örneği (1843-1915). Yüksek Lisans. Gamze Çoban. Konya 2023 Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Səreskərlər Kateqoriya:Topxana müşirləri Kateqoriya:Osmanlı siyasətçiləri