Malazgird 1071 () — Türkiyə istehsalı tarixi və müharibə janrında olan film. Film 11 fevral 2022-ci ildə ilk baxışa çıxmışdır.

Haqqında Filmin adı 22 noyabr 2019-cu ildə "Malazgird 1071: Bizansın sonu" olaraq adlandırıldı. Amma sonra filmin tarixi və adı dəyişdirildi.

Mövzu Film Anadolu və Türk tarixinin ən vacib tarixi hadisələrindən olan Malazgird döyüşü (1071) haqdadır.

Məqsədi müsəlmanları Səlcuq bayrağı altında birləşdirmək olan sultan Alp Arslan əmisi Toğrul bəyin vaxtında başlayan Anadolu yürüşlərini davam etdirir. Bizans imperiyasındakı daxili çəkişmələr türklərin Anadoluda irəliləməsinə yol açır. Bu vəziyyətə son qoymaq istəyən Bizans komandiri Romen Diogen çevriliş edib hakimiyyəti ələ keçirməyə çalışanda, məğlub olaraq edam edilir. Romen Dijoyenin əsas məqsədi türkləri Anadoludan çıxartmaq idi. Beləcə iki böyük ordu Muş ilinin Malazgird ərazisində müharibəyə başlayır.

Rollarda AktyorRolQeydCengiz CoşqunSultan Alp ArslanBöyük Səlcuq dövlətinin ikinci hökmdarı (1063-1072)Caner KurtaranRomen DiogenBizans imperiyasının imperatoru (1068-1071)Vildan Ataseverkraliça LudikaBizans kraliçasıHaluk PiyesAfşin bəyMalazgird döyüşündə iştirak etmiş Səlcuqi komandiriHəsən KüçükçətinNizamülmülkBöyük Səlcuq dövlətinin baş vəziriBahattin Cüneyt Aksakalİskəndər BingölUlaş İnan TorunƏli DüşenkalkarMehmet ÇelikEdip ZeydanVolkan ÇalNez DemirAsela DemirBüşra Asya ŞahinEnes GülerGökhan GüneşKarabeyoğlu İskenderOrhan KılıçAli ParıltanAli Eren SayarSoydan Soydaş

Həmçinin bax

Malazgird döyüşü Anadolu tarixi Türk tarixi

İstinadlar

Kateqoriya:2022-ci ilin Türkiyə filmləri Kateqoriya:Türkcə filmlər