Hanna Arendt (; ) — yəhudi əsilli ABŞ filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Arendtin elmi töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir.

Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçmüşdür. Pol Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda atası vəfat etdi. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil aldı. O, 1929-cu ildə Heydelberq Universitetində ekzistensialist filosof Karl Yaspersin rəhbərliyi altında Sevgi və Müqəddəs Avqustin mövzusunda fəlsəfə üzrə doktorluq dərəcəsi aldı.

Hanna Arendt 1929-cu ildə Günter Şternlə evləndi, lakin tezliklə 1930-cu illərdə nasist Almaniyasında artan anti-yəhudi ayrı-seçkiliyi ilə üzləşməyə başladı. Adolf Hitlerin hakimiyyətə gəldiyi 1933-cü ildə Arendt Nasist Almaniyasında antisemitizmlə bağlı qeyri-qanuni araşdırma apardığı üçün Gestapo tərəfindən saxlanıldı və qısa müddətlik həbs edildi. Sərbəst buraxıldıqdan sonra o, Almaniyadan qaçaraq Çexoslovakiya və İsveçrədə yaşadı, daha Parisdə məskunlaşdı. Orada gənc yəhudilərə Britaniyanın Fələstinin mandatına mühacirət etməkdə köməklik edən Youth Aliyah-da işlədi. 1937-ci ildə Şterndən boşanaraq, 1940-cı ildə Henrix Blüxer ilə evləndi, lakin 1940-cı ildə Almaniya Fransanı işğal etdikdə, 1937-ci ildən alman vətəndaşlığından məhrum edilməsinə baxmayaraq, fransızlar tərəfindən yad kimi qarşılandı. Bundan sonra o, 1941-ci ildə Portuqaliya vasitəsilə qaçaraq ABŞ-yə getdi. O, həyatının sonuna qədər əsas yaşayış yeri kimi qalan Nyu-Yorkda məskunlaşdı. Burada Hanna yazıçı və redaktor oldu, 1950-ci ildə ABŞ vətəndaşılığı aldı, Yəhudi Mədəni Yenidənqurulmasında çalışdı. 1951-ci ildə "Totalitarizmin mənşəyi" kitabının nəşri ona mütəfəkkir və yazıçı kimi böyük şöhrət qazandırdı və bu şöhrət bir sıra digər əsərlərini də izlədi. Bunlara 1958-ci ildə İnsanın vəziyyəti, eləcə də 1963-cü ildə Eyxman Yerusəlimdə və İnqilabda kitabları daxildir. O, bir çox Amerika universitetlərində dərs demiş, eyni zamanda vəzifə müddətləri üzrə təyinatlar almışdı. Hanna Ardent 1975-ci ildə, 69 yaşında infarktdan qəflətən vəfat etmiş və son işi olan "Ağlın həyatı" əsəri yarımçıq qalmışdır.

Onun əsərləri geniş mövzuları əhatə edir, lakin o, daha çox xeyir və şərin təbiəti, həmçinin siyasət, birbaşa demokratiya, avtoritarizm və totalitarizmlə bağlı olanlarla tanınır. İctimai düşüncədə o, Adolf Eyxmanın məhkəməsi ətrafında yaranan mübahisə, sıravi insanların necə totalitar sistemlərdə aktyora çevrildiyini izah etmək cəhdi və bəziləri tərəfindən üzrxahlıq kimi qəbul edilən "şərin bayağılığı" () ifadəsi ilə yadda qalıb. Onun təfəkkürünə həsr olunmuş bir sıra qurumlar və jurnallar yaradılmış, siyasi düşüncə üzrə Hanna Arendt mükafatı təsis olunmuş, habelə markalar, küçə və məktəb adları və başqa yerdə onun adı əbədiləşdirilmişdir.

Erkən həyatı və təhsili (1906–1929)

Ailəsi Hanna Arendt 1906-cı ildə Vilhelm Almaniyasının Linden (indiki Hannoverin bir hissəsi) şəhərində, Prussiyada alman yəhudilərinin ailəsində Johanna Arendt kimi anadan olmuşdur. Onun ailəsi Şərqi Prussiyanın paytaxtı olan Köniqsberqdən rus çıxaran tacirlər olmuşdur. Arendtin babası və babası oradakı Reformist Yəhudi icmasının üzvləri idi. Hannanın ata tərəfdən babası Maks Arendt (1843–1913) görkəmli iş adamı, yerli siyasətçi, Köniqsberq yəhudi icmasının liderlərindən biri və Centralverein deutscher Staatsbürger jüdischen Glaubens (Alman Yəhudi İnanclı Vətəndaşları Mərkəzi Təşkilatı) üzvü idi. Centralverein-in digər üzvləri kimi o, ilk növbədə özünü alman kimi görürdü və sionistlərin fəaliyyətini bəyənmirdi.

İstinadlar

Kateqoriya:XX əsr Almaniya qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Elm filosofları Kateqoriya:Almaniya politoloqları Kateqoriya:Siyasi filosoflar Kateqoriya:Hüquq filosofları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:ABŞ filosofları Kateqoriya:ABŞ politoloqları Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Mədəniyyət filosofları Kateqoriya:Yəhudi filosoflar