ABŞ istehsalı Qəribə şeylər (Stranger Things) serialının ilk mövsümü 15 iyul 2016-cı ildə Netflix platformasında yayımlanmışdır.

Mövzu

Haukins Milli labaratoriyasında "Tərs dünya"ya keçid portalı yaranır. Bu keçiddən gələn məxluq Uill Bayers və Barbara adlı iki uşağı qaçırdır. Uillin anası Coys və qəsəbənin polis müdürü Cim Hopper uşaqları axtarmağa başlayırlar. Həmçinin 11 ləqəbli telekinez kiçik qız labaratoriyadan qaçır və Uillin dostlarına - Mayk, Dastin və Lukasa Uilli tapmaqda kömək edir.

Rollarda

Baş rollar

Vaynona Rayder - Coys Bayers rolunda David Harbor - Cim Hopper rolunda Fin Vulfhard - Mayk Viler rolunda Milli Bobbi Braun - On bir (EI) rolunda Geyt Matarazzo - Dastin Henderson rolunda Kaleb Maklaflin - Lukas Sinkler rolunda Natali Dayer - Nansi Viler rolunda Çarli Haton - Conatan Bayers rolunda Kara Buono - Karen Viler rolunda Metyu Modin - Martin Brenner rolunda

Köməkçi rollar

Noa Şnapp - Uill Bayers rolunda Co Kerri - Stiv Harrinqton rolunda Şannon Purser - Barbara Holland rolunda Ross Partric - Loni Bayers rolunda Co Çest - Ted Viler rolunda Mark Stecer - Qəribə məxluq rolunda Rob Morqan - polis Povell rolunda Con Paul Reynolds - polis Kallahan rolunda Randall Havens - Skott Klark rolunda Aimi Mullins - Terri İves rolunda Katerina Dayer - Conni Freyzr rolunda Piyton Uiç - Troy rolunda Keyd Cons - Ceyms rolunda Çester Raşinq - Tommi rolunda Çelsi Talmec - Kerol rolunda Anniston Prays - Holli Viler rolunda Kris Sullivan - Benni Hammond rolunda Tobia Yelinek - baş agent rolunda Susan Şalhob Larkin - Florens (Flo) rolunda

Epizodlar

Epizod 1 - "Uill Bayersin yoxa çıxması"

Dostlarından ayrılıb evə qayıdan Uill yolda qəribə məxluq görür. Həmin məxluq dövlətə məxsus labaratoriyadan qaçan canavardır.

Epizod 2 - "Mepl küçəsindəki qəribə məxluq"

Lukas, Mayk və Dastin meşədə rastlaşdıqları qızla danışmağa cəhd edirlər. Coysa qəribə telefon zəngi gəlir

Epizod 3 - "Milad bayramınız mübarək"

Nansi Barbı axtarmağa başlayır və Conatanın nə axtardığını öyrənir. Coys Uillin elektrik vasitəsilə danışdığına inanır.

Epizod 4 - "Cəsəd"

Uillin ölümü ilə razılaşmayan anası Coys oğlu ilə əlaqə yaratmaq istəyir. Üç dost On birə səliqəli geyim geyindirirlər. Nansi və Conatan birlikdə axtarışa başlayırlar.

Epizod 5 - "Birə və akrobat"

Hopper gizlicə labaratoriyaya girir. Nansi və Conatan Uilli qaçırdan məxluqla qarşılaşırlar. Üç dost isə müəllim Klerkdən digər formaya keçməyin yolunu öyrənirlər.

Epizod 6 - "Canavar"

Conatan qaranlıqda Nansini axtarır. Həmçinin Stiv də Nansini axtarır. Hopper və Coys labaratoriyada baş verənlərin həqiqiliyini öyrənirlər.

Epizod 7 - "Küvet"

On bir Uilllə əlaqə qurmağa çalışır. Lukas pis adamların gəldiyini deyir. Nansi və Conatan fotoaparatla çəkilmiş şəkildəki məxluqu polisə göstərirlər.

Epizod 8 - "Baş aşağı"

Uill "Tərs dünya"dan çıxarılır.

İstinadlar

Xarici keçidlər