250px|thumb|right|Akvadaq osiloskop borusunun kolbasının daxili divarında qara konusdur.
Akvadaq — qrafitin suda suspenziyası. Elektron-şüa borusunun iç səthində elektriki keçirən təbəqə yaratmaq üçün işlədilir.
Tarixi Qrafitin suda suspenziyasını sabitləşdirmək üçün bir üsul olan akvadaq 1906-cı ildə ABŞ kimyaçısı və sənayeçisi Edvard Açeson tərəfindən patentləşdirilmişdir və əvvəlcə sürtkü kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdur. "Akvadaq" sözü "Aqueous Deflocculated Acheson Graphite" ("suda deflokulyasiya edilmiş Açeson qrafiti") ifadəsinin qısaltmasıdır. İxtiraçı daha sonra ixtirasını 23 sənayeləşmiş ölkədə patentləşdirdiyindən və məhsul ixtiraçının rəhbərlik etdiyi "Acheson Industries" tərəfindən eyniadlı ticarət nişanı altında istehsal olunduğundan, ad qısa müddətdə məşhurlaşmış və dünyanın bütün dillərinə daxil olmuşdur.Edward Goodrich Acheson: Discovery, Invention and Industry. How the world came to have Aquadag and Oildag; also carborundum, artificial graphite and other valuable products of the electric furnace / The Press Scrap Book, New York 1910, pp. 126—128.
İstinadlar
Əlavə ədəbiyyat Аквадаг // Большая Энциклопедия Нефти Газа Аквадаг // Большой энциклопедический политехнический словарь. — 2004. // Большой энциклопедический политехнический словарь. 2004. Аквадаг — статья из Большой энциклопедии Кирилла и Мефодия
Kateqoriya:Elektron komponentlər