Alarlılar — Azərbaycan türklərinin etnogenezində və tayfa strukturunda mühüm rol oynamış şahsevən tayfalarından biri. Alarlılar əsasən İran Azərbaycanında və Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayırlar. Alarlılar ənənəvi olaraq maldarlıq, qismən də əkinçiliklə məşğuldurlar. Eyni zamanda Cəlilabad rayonunun Alar kəndinin sakinləri əsasən üzümçülük, əkinçilik və maldarlıqla məşğuldurlar. Yardımlı rayonunun Alar kəndinin əhalisi isə əsasən kartofçuluq, maldarlıq, arıçılıq, buğda əkini və bağçılıqla məşğul olurlar.
Tarixi və mənşəyi Alar toponimi və etnonimi ilə bağlı müxtəlif elmi və tarixi yozumlar mövcuddur. Tədqiqatçı Bilal Alarlı qeyd edir ki, alar qədim türk tayfasıdır. Xalq etimologiyasına görə, İrandan gələrək bu ərazidə ilk binə salan Alı xanın və onun övladlarının şərəfinə ərazi əvvəlcə "Alılar", daha sonra "Allar" və nəhayət "Alar" adını almışdır."Yada düşər Yardımlı". Bakı, səh.53 Şahsevən elinə bağlı qollardan biri olan Alar oymağı bəzi farsdilli tarixi ədəbiyyatda Alarlu, eləcə də Arallı kimi də qeyd olunur. Lakin faktlar oykonimin yalnız Alı adlı şəxslə bağlı olmadığını, həmin ərazidə yaşayış məntəqəsinin daha əvvəl də mövcud olduğunu göstərir.
Professor Mahmudağa Seyidovun fikrinə görə, "alar" sözündəki "al" Türk dillərində uca, güclü, qırmızı, od deməkdir, "ar" (ər) isə kişi, igid anlamında işlənir və kəndin adı "igid nəsil" mənasını daşıyır. Tədqiqatçı Şahlar Göytürk Məmmədovun apardığı araşdırmalara görə, "Alar" sözü türk dillərində al ("qırmızı") və ar/ər komponentlərindən ibarət olub "qırmızı rəngli (dərili) ərənlər" mənasını verir. M.Alarlının "Alar dastanı" əsərində də nəzəriyyə müdafiə olunur.R. Məhərrəmova. "Kitabi-Dədə Qorqud"un söz xəzinəsi, Bakı, səh.30 Digər tərəfdən, bu söz türk dillərində "hündür yer" anlamını da daşıyır və "Kitabi-Dədə Qorqud" dastanlarında "alan" (hündür, həmçinin sabah, sübh tezdən) sözünün variantı kimi işlənmişdir.
Yerli sakinlərin və araşdırmaçıların fikrincə, alarlıların tarixi Nuh peyğəmbərin dövrünə qədər gedib çıxır.
Tarixi mənbələrə görə, alarlar XIII əsr Monqolların Azərbaycana yürüşlərində iştirak etmiş türk-monqolmənşəli oyrat tayfalarının bir qolu olub, həmin əsrdə Talış bölgəsinə köçüblər. Alarların kənd əhalisi Lerik ərazisindəki oratları, oyrat tayfasının fonetik dəyişikliyə uğramış qolunu özlərinə ən yaxın qohum sayırlar. XVI əsrdə bir nəsil kimi tanınan və I Şah Abbas tərəfindən torpaq sahəsi ilə təmin edilən alarlar türkdilli şahsevən tayfalarından biri olub, özlərini Şah İsmayıl tərəfdarı və qızılbaş hesab etmişlər; onların arasında "Qızılbaşdır əslimiz, Şahsevəndir nəslimiz" deyimi mövcuddur.
XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər.ATEL, I c.s.32 Qiyasəddin Qeybullayev arxiv materiallarına əsasən bildirmişdir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı."Spiski naselennıx mest Rossiyskoy imperii. Bakinskaya quberniya", səh.41 Həmin dövrdə bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahlı, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd–Kərim) və Kövüzbulaq kimi tirələrdən ibarət idi. Firudin Gilar Bəy də alarların talış dilində danışan əhali olmadığını, təmiz türk seyid–bəylərinin nəsli olub həmişə Azərbaycan türkcəsində danışdıqlarını qeyd edir.
Alarlı oymağının qışlağı Ərdəbil əyalətində Muğanda Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı olmayıb. Alarlı oymağı Beldaşı, Məcidli və Dizə kəndlərində sakindirlər. Alarlı oymağının qolları Əbülhəsənbəyli, Səmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir. Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb. Məhəmmədəli bəyin Məhəmmədqulu xan, Süleyman bəy adlı oğulları vardı. Məhəmmədqulu xan Alar kəndində anadan olmuşdu. Məhəmmədqulu xanın Yadulla xan, Hüseyn ağa adlı oğulları vardı. Alarlı oymağının son başçısı Hüseyn ağa Vətəndust olub.
Rusiya–İran müharibəsində Rusiya imperiyasının bölgəni işğalından sonra yaylaqları Talış dağlarında qalan alarlar sonralar Bağrovdan yaylaq almışdılar. Alar oymağı Beldaşı, Məcidli, Ləngən və Dizə kəndlərində sakindir. Oymağın qolları Əbülhəsənbəyli, Həmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli və Məmmədəlibəylidir. Məmmədəlibəyli tayfası öz adını Ağacan bəy oğlu, Ərdəbil vilayətinin Ucarud mahalının Ləngən kəndində doğulmuş Məhəmmədəli bəy Alardan almışdır.
İctimai–siyasi keçmiş Alar mahalı XVIII əsrdə Talış xanlığının tərkibində olan mahallardan biri olmuşdur. Bir çox əsərlərdə alarların xanlığın siyasi, iqtisadi və hərbi həyatında böyük rol oynadığı qeyd edilir.
Alarlar Rusiya işğalına qarşı 1830-cu illərdə, həmçinin 1904–1905-ci illərdə fəal müqavimət göstərmişlər.Центральный государственный исторический архив Грузии. Ф. 15. Оп. 1. Д. 170. Л. 83 XX əsrin əvvəllərində İranda baş verən Məşrutə hərəkatının qəhrəmanlarından və Səttar xanın yaxın silahdaşlarından biri Alar oymağının başçısı Məhəmmədqulu xan Alar olmuşdur. O, İran Azərbaycanında Səttar xanın başçılığı ilə hərəkat başladıqda Təbriz müdafiəçilərinə ilk yardım göstərənlərdən biri idi. Məhəmmədqulu xan Alar Ərdəbilin şah qoşunlarından müdafiəsində və şahsevənlər arasında Səttar xan tərəfdarlarının artmasında müstəsna rol oynamışdır. Xalq arasında "xalqın dostu" ləqəbini qazanmış Məhəmmədqulu xan 1909-cu ildə Ərdəbil qalasını tutan fədailərin və əncümənin başçısı Ağa Mir Tahirlə birlikdə qalaya daxil olmuşdur. Lakin hökumət qüvvələri tərəfindən 1912-ci ildə edam edilmişdir.
1947–1953-cü illərdə SSRİ dövründə sərhəd təhlükəsizliyi məqsədilə bölgədə 32 kənd deportasiyaya məruz qalmışdır ki, onlardan biri də Alar kəndi olmuşdur. Repressiyaya uğrayan sakinlər toplu halda Cəlilabad rayonuna və cənub bölgəsinin digər ərazilərinə köçürülmüşdülər. Yardımlı Alarından başlayan bu nəsil zamanla müxtəlif bölgələrə yayılmışdır.
Mədəniyyəti Alar ərazisi qədim və orta əsrlərə aid çox zəngin arxeoloji nümunələrlə, o cümlədən daş qutu qəbirlərə dair maddi–mədəniyyət abidələri ilə zəngindir. Bölgənin ən məşhur tarixi abidələrindən biri dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə, Yardımlı rayonunda yerləşən Alar Qız qalasıdır. Qalanın atəşpərəstlik dövründə məbəd, sonralar isə sığınacaq və müdafiə istehkamı kimi istifadə olunduğu ehtimal edilir. Ərazidə həmçinin camaatın toplaşdığı Söhbət daşı, xanın dincəldiyi və üzərində qəlyan oyuğu izləri olan Xan daşı, qadın heykəlləri, Dəvə karvanı, Goreş qəbiristanlığı, Baba Pirəli piri, Dəvəboynu, eləcə də "Alarlılar qəbiristanlığı" kimi tarixi–mədəni obyektlər mövcuddur. Cəlilabad rayonunun Alar kəndi ərazisində isə eneolit dövrünə aid Ölütəpə yaşayış yeri, XX əsrin sonunda inşa edilmiş kənd məscidi, Seyid Miryusif ağa türbəsi və digər abidələr yerləşir.
Alarların dil xüsusiyyətləri digər Yardımlı şivələrindən fərqlənir. Burada q səsi ilə başlayan və bitən sözlərdə ğ səsi (məsələn, ğonəğ, ğəzən, ğərə) səciyyəvilik təşkil edir. Ərazidəki Şahnişin toponiminin Səfəvi hökmdarı Şah İsmayılın adı ilə bağlı olaraq "Şah oturan yer" mənasını verdiyi ehtimal olunur.
Cəlilabad rayonundakı Alar kəndi Yüzev, Əlliev, Alıcəfərli və Muradxanlı kimi məhəllələrə bölünür. 1886-cı ilə aid siyahıyaalınmaya əsasən Alar kəndində 1248 nəfər əhali yaşamışdır. 2009-cu ilin rəsmi statistik göstəricilərinə görə isə kənddə 7146 nəfərin yaşadığı qeydə alınmışdır. Yardımlı rayonunun Allar kəndində isə son məlumatlara əsasən 3275 nəfər əhali yaşayır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tayfalar Kateqoriya:Şahsevənlər Kateqoriya:Azərbaycan tayfaları Kateqoriya:Türk tayfaları Kateqoriya:Cəlilabad rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:Yardımlı rayonunun ləğv olunmuş kəndləri