Şon Ross (; ) — ABŞ modeli, müğənni və aktyoru.
Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir.
Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir. O, Səsyazma Akademiyasının orijinal performans seriyası Press Play üçün "Good Vein" mahnısını və Recording Academy-nin Reimagined seriyası üçün Şerin "Believe" mahnısını yeni tərzdə ifa edir.
2021-ci ildə Ross JEX Records-da "SHIFT" adlı ilk tammetrajlı LP-ni buraxır. Onun ikinci sinqlı olan "You Care" HBO-nun "The Legend of the Underground"da LGBT cəmiyyətinə qarşı ayrı-seçkilik edən Nigeriya qanunvericiliyini vurğulayan sənədli filmdə səsləndirildi. 2021-ci ilin may ayında Ross New York Times-ın stil bölməsindəki profilin əsas mövzusu olur.
Erkən həyatı Ross Afroamerikalıdır. Bronksda anadan olan Ross, böyüyərkən albinizmdən əziyyət çəkən bir insan olduğu üçün çox ayrı-seçkiliyə məruz qalıb. O, həmyaşıdları tərəfindən tez-tez təhqir olunur, "Powder", "Wite-Out" və "Casper" kimi adlarla çağırılırdı. Beş il Alvin Eyli məktəbində təhsil aldıqdan sonra Ross YouTube-da kəşf edilir və 2008-ci ildə 16 yaşında moda sektoruna keçid edir.
Karyerası 16 yaşında Nyu-Yorkda Djamee Models ilə təmsil olunur. O, həmçinin Londonda AMCK Models ilə də müqavilə imzalayır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir.
Ross, Keti Perrinin "E. T.", Beyonsenin "Party" və "Pretty Hurts", Gold Fields-in "Dark Again", Issues-un "Coma" mahnıları da daxil olmaqla bir sıra musiqi kliplərində çəkilib. Eləcə də Lana Del Reyin "Tropico" qısametrajlı filmi, Leona Lyuisin "Fre Under My Feet" və Dyuk Dyumonun "Qırmızı İşıq Yaşıl İşıq" filmlərində rol almışdır.
Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir. O, Səsyazma Akademiyasının orijinal performans seriyası Press Play üçün "Good Vein" mahnısını və Recording Academy-nin Reimagined seriyası üçün Şerin "Believe" mahnısını yeni tərzdə ifa edir.
Şəxsi həyatı Ross LGBT cəmiyyəti üzvlərinin iştirakçısı olduğu Nyu-York və Los-Ancelesdə keşirilən drag-ball festivalının dəstəkçisidir. O, tez-tez məşhur Ekstravaqanza Evinin üzvü kimi çıxış edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Homoseksual aktyorlar Kateqoriya:Bronks şəxsləri Kateqoriya:Afroamerikalılar