Joan Gamper () — İsveçrə idmançısı, "Barselona" futbol klubunun yaradıcısı, futbolçusu və prezidenti. O, həmçinin İsveçrənin "Sürix" və "Bazel" futbol klublarının yaradılmasının təşəbbüskarlarından biri hesab olunur.
Erkən həyatı Hans-Maks Qamper İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. O, Kamper (böyük) və Rosina Emma Hessiqin beş uşağından üçüncüsü və yaşca ən böyük oğlu idi. O, səkkiz yaşında olarkən anası vərəmdən ölmüş və ailə Sürixə köçmüşdür. Artıq erkən yaşlarında Qamper qızğın velosipedçi və qaçışçı kimi tanınırdı. Ömrü boyu bütün idman növlərinin həvəskarı olmuşdur. Futboldan əlavə reqbi, tennis və qolf oynamışdır, lakin İsveçrədə futbolçu və "Bazel" klubunun daimi kapitanı kimi məşhurlaşmışdır. 1897-ci ildə Fransada işləməyə başlamış, Lionda reqbi klubunda çıxış etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Legioner İsveçrə futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Sürix FK futbolçuları Kateqoriya:İsveçrənin kişi futbolçuları Kateqoriya:Bazel FK futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular