Kurtuaz ədəbiyyatı (; — fransız dilindəki — "ədəbli", "nəzakətli" sözündən) — XII–XIV əsrlərdə Avropada (Provansda, Şimali Fransada, Almaniyada, sonralar İngiltərədə, İspaniyada, İtaliyada) ədəbi cərəyan, saray cəngavərlik ədəbiyyatı.
Kurtuaz ədəbiyyatının başlıca qayəsi, idealı eposlardan fərqli olaraq nəsl, yaxud ölkə deyil, şəxsi şöhrət və ləyaqət naminə göstərilən rəşadətin, mənəvi kamilliyin tərənnümüdür (Provans ədəbiyyatı, truverlər, minnezinger poeziyası, cəngavərlik romanları ("Tristan və İzolda", Artur haqqında kelt əfsanələri və s.)). Yaxın Şərqdə cəngavərlik ədəbiyyatı Avropadakından fərqlənmiş, eposla daha sıx bağlı olmuşdur (Nizami Gəncəvi, Fəxrəddin Gürgani və başqalarının poemaları). "Gendzi-monoqatari" (Yaponiya) romanı kurtuaz ədəbiyyatının orijinal nümunələrindəndir.
İstinadlar
Ədəbiyyat Декс П. Семь веков романа (пер. с франц.). М.: 1962. Роман и повесть высокого средневековья. (В кн.: Средневековый роман и повесть). М.: 1974.
Mənbə
Xarici keçidlər
Kateqoriya:Avropa ədəbiyyatı