Ernst Yunqer (; ) — alman yazıçı, yüksək təltif edilmiş hərbçi, filosof və entomoloq idi, o ən çox Birinci Dünya müharibəsi vaxtı yazdığı gündəlliyi "Polad Fırtınası" ilə ictimaiyyət arasında məşhurlaşdı.
Uğurlu bir iş adamının və kimyaçının oğlu olan Yunqer, zəngin bir tərbiyəyə qarşı üsyan etdi, Fransa Xarici Legionunda qısa müddət xidmət etməkdən qaçmadan əvvəl, Wandervogel Alman gənclər hərəkatında macəra axtardı. Atasının səyləri ilə Almaniyada mühakimə olunmaqdan qaçdığına baxmayaraq, Yunqer 1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda Alman ordusuna yazıla bildi. 1918-ci ildə uğursuz bir hücum zamanı Yunqer aldığı çoxsaylı yaralara görə və göstərdiyi qəhrəmanlıq nəticəsində rütbəsinə görə nadir mükafat olan Pour le Mérite ordeni ilə təltif edildi.
İstinadlar Kateqoriya:Alman milliyyətçiləri Kateqoriya:Almaniya inqilabçıları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:Sosial filosoflar Kateqoriya:İkinci Dünya müharibəsi