Safiyə Sultan () — 17. Osmanlı sultanı IV Muradın qızı.
Həyatı Safiyə Sultan 1634-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 6 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Safiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1659-cu ildə vəzir Abxaz Siyavuş Paşanın oğlu Sarı Hüseyn Paşayla (ö. 2 mart 1688) nikahlanan Safiyə Sultanın bu nikahdan 2 övladı dünyaya gəldi.
Safiyə Sultan 1685-ci ildə doğuş əsnasında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu.
Övladları Sultanzadə Mehmed Rəmzi bəy (d. 1660 — ö. 1719) Ruqiyə xanım Sultan (d. 1679 — ö. 1697) — 1694-cü ildə Mürmədoğlu Gürcü Mehmed Paşayla nikahlandı.
Mənbə Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken. p. 140 Hafiz Hueseyin Ayvansaray-i (2000). The Garden of the Mosques: Hafiz Hüseyin Al-Ayvansarayî's Guide to the Muslim Monuments of Ottoman Istanbul. Brill. pp. 10, 25 Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
Kateqoriya:Osmanlı sultanlarının qızları