Fəxrəddin Güləli oğlu Ağayev () — Azərbaycan Milli Aerokosmik Agentliyi, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmləri doktoru, professor.
Həyatı Fəxrəddin Ağayev 16 aprel 1956-cı ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunda anadan olmuşdur. 1978–1982-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində təhsil almışdır. 1982–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1985 – 1993-cü illərdə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində elmi işçi, bölmə rəisi, baş direktorun müavini, müəssisə direktoru vəzifələrində çalışmışdır. 1993–1995-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini, 1995 – 2005-ci illərdə Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosunun direktoru, 2005 – 2007-ci illərdə elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunda direktor, 2007-ci ildən hal–hazıradək Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktorudur
Təhsili 1978 – 1982-ci illər — Azərbaycan Dövlət Pedaqoji Universiteti (təhsil aldığı illərdə V. İ. Lenin adına təqaüd almış və ali məktəbi fərqlənmə ilə bitirmişdir)
Elmi dərəcəsi 2003-cü il – texnika elmləri doktoru 2010-cu il – professor elmi adı
Pedaqoji fəaliyyəti 2003 – 2013-cü illərdə — Azərbaycan Dövlət Pedaqoji Universiteti 2013 – 2015-ci illərdə — Milli Aviasiya Akademiyası 2015-ci ildən hal – hazıradək – Azərbaycan Neft və Sənaye Universiteti
İctimai fəaliyyəti YAP Binəqədi Rayon Təşkilatının üzvü Azərbaycan Dövlət Ali Attestasiya Kommissiyasının eksperti "AMAKA Xəbərlər" jurnalının redaksiya heyətinin üzvü "Xüsusi texnika və texnologiya" jurnalının redaksiya heyətinin üzvüdür
Təltifləri 2013-cü ildə Tərəqqi medalı ilə təltif olunub 2014-cü ildə Leybnis medalı ilə təltif olunub 2021-ci ildə dünya miqyasında elm və təhsildə xidmətlərinə görə Avropa Şərəf ordeni ilə təltif olunub 2022-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı ilə təltif olunub
Mükafatları 7 beynəlxalq sertifikata layiq görülmüşdür
Elmi maraq dairələri Məsafədən müşahidənin kosmik sistemləri Kosmik məlumatların emalı metodları Aerokosmik ekoloji monitorinq
Əsərləri Kosmik texnologiyaların müxtəlif problemlərinə həsr olunmuş 8 monaqrafiya və 140 – dan çox elmi məqalənin, o cümlədən 2 patentin müəllifidir
Hazırladığı kadrlar 9 nəfər texnika üzrə fəlsəfə doktoru
Beynəlxalq tədbirlərdə iştirakı 21 – dən artıq beynəlxalq elmi konfranslarda iştirak etmişdir
İstinadlar
Xarici keçidlər http://ensiklopediya.gov.az/az/terms/13266/cild/13 https://mdi.gov.az/az/xeberler-30/akademik-tofiq-ismayilovun-xatiresi-yad-olundu-750 https://president.az/az/articles/view/6796/print