II Əliqulu xan Şamlı — Səfəvi dövlətinin hərbi-siyasi rəhbəri, Məruçak hökmdarı, şair.
Həyatı Əliqulu xan Həsən xan Şamlının oğullarından idi. Məhəmməd Tahir Nəsrabadi onu mahir döyüşçü və idarəçi kimi təsvir edir. Meruçakın hökmdarı olan Əliqulu xan özbəkləri itaətdə saxlamış və bu səbəbdən də o, II Şah Abbasla yaxşı münasibətdə olmuşdur. Əliqulu xan şairlərin himayədarı idi və özü də "Əzəm" təxəllüsü ilə yazan şair idi. Tahir Nəsrabadi qeyd edir ki, o, Əliqulu xanın təxminən iki min beytdən ibarət divanını görüb.Riazul Islam, «The Shāmlū letters. A new source of Iranian diplomatic correspondence», p. 20
İstinadlar
Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:XVI əsr Azərbaycan yazıçıları Kateqoriya:XVI əsr şairləri