Abiqeyl Dillen (; ) — ətraf mühit üzrə hüquqşünas və ətraf mühit təşkilatı olan Earthjustice-in rəhbəri. Dünyadakı bir çox iqlim təşkilatları onun işini "presedent yaratmaq" adlandırır. Buna misal olaraq yolsuz ərazilərin mühafizəsi ideyasını göstərmək olar. Marie Claire jurnalı onu 2020-ci ilin dəyişikliklər ustası adlandırır.

Fəaliyyət Dillen Kaliforniyanın Berkli Universitetinin Hüquq Məktəbində hüquq doktoru dərəcəsi alır və 2000-ci ildən o, Earthjustice ilə əməkdaşlıq edir. O, Earthjustice-də təmiz enerji və kömür proqramlarını idarə edir. O, 2018-ci ildə Trip Van Noppenin yerinə baş direktor vəzifəsini tutur.

Dillen "All We Can Save" ("Xilas edə biləcəyimiz hər şey") antologiyasının müəllifidir. O, həmçinin USA Today, Huffington Post, The Hill, EcoWatch və digər xəbər platformalarına məqalələr təqdim edir.

Şəxsi həyatı Dillen Nyu-Meksikoda böyümüşdür. O, memar Casmit Ranqr ilə evlidir və bir oğlu var.

İstinadlar

Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:XXI əsr ABŞ qadınları