Sinopsis - təhsil, elm və ya incəsənətdə bütöv bir mövzunun qısa icmalı. 19-cu əsrdə ənənəvi qrammatikanın öyrədilməsi üçün istifadə olunan sinif məşqi idi. Müasir dövrdə sinopsis kitablar, məqalələr, fimlər, televiziya şouları, hətta vdeo oyunları kimi çox müxtəlif məhsullar üçün yazıla bilər. Sinopsisin əsas məqsədi əsərin mövzusu ilə maraqlanan rejissor və prodüserə ssenari haqqında məlumat verməkdirSsenari yaradıcılığının əsas istiqamətləri (tərtibçi və tərcüməçi : Gülşən Qafarova), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 2016. Sinopsis yazılan ssenarinin əsas təqdimat-satış üsullarından biri kimi çıxış edir.
Sinopsis film ssenarisinin giriş, inkişaf və nəticə hissələrini yığcam formada əks etdirir. Ortalama olaraq 1-3 səhifə həcmində olan sinopsisdə dialoqlar yer almır. Sinopsis əksər hallarda ssenari tam hazır olmadan yazılır və loqlayndan daha iri həcmlidir. Sinopsis vasitəsilə ssenari tam oxunmadan hekayə əsas xətləriylə anlaşılır. Sinopsis indiki zamanda, üçüncü şəxsdə və ssenarinin oxunma tonunda yazılmalıdırhttps://www.studiobinder.com - How to Write a Compelling Movie Synopsis. İstifadə tarixi: 23 dekabr 2025.. Başlanğıc və sonuncu cümlələrin xüsusilə maraqlı olmasına diqqət yetirmək lazımdır.
Sinopsis yazmaq mərhələləri Sinopsis yazmamışdan əvvəl aşağıdakı məsələlər dəqiqləşdirilməlidir:https://az.cultureoeuvre.com -Sinopsis Necə Yazılır
Əsərin janrı (triller, dram, detektiv, komediya, erorik, fantaziya və s.) Əsas personajlar Əsas süjet xətti Əsas kritik məqamlar Kulminasiya Sinopsisdə aşağıdakı məlumatlar yer alırSsenari yaradıcılığı I. Dərs vəsaiti, Bakı - 2015. 144 səh.:
Sujetin inkişafı Əsas "açar" epizodlar Baş qəhrəmanlar Baş qəhrəmanların düşdüyü dramatik vəziyyətlər Onların hərəkəti və bu hərəkətdən sonrakı vəziyyət Açılış və kulminasiya Süjetin əsas dönüş nöqtələri, əks fikirlər, konfliktin həlli yolları Ssenarinin dramatik quruluşu
Həmçinin bax
Loqlayn Tretman
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ssenari Kateqoriya:Ədəbiyyat Kateqoriya:Yaradıcılıq