Əli Əsgər () — Səfəvilər dövlətində saray rəssamı. O, miniatürçü Rza Abbasinin atası olmuşdur.
Həyatı Əli Əsgər Kaşan şəhərində anadan olmuşdur. Əli Əsgər Qazi Əhmədin miniatür rəssamlığında müəllimlərindən biri olmuşdur. Müasir tarixçilər onun yaradıcılığa Səfəvi şahı I Təhmasibin (1524–1576-cı ildə hakimiyyətdə olmuşdur) dövründə başladığını düşünürlər. Bundan sonra o, Məşhəd şəhərinə köçmüş və burada Şeyx Məhəmməd və Abdullahın yanında şahzadə valisi İbrahim mirzə Cahinin xidmətində aparıcı rəssamlardan biri olmuşdur.
Saray tarixçisi İsgəndər bəy Münşinin yazdıqlarına görə, Əli Əsgər peyzaj rəngkarlığında fərqlənmişdi. O, daha sonra Səfəvilər dövlətinin paytaxtı Qəzvin şəhərində II Şah İsmayılın (1576–1577-ci illərdə hakimiyyətdə olmuşdur) yanında işləmişdir. Əli Əsgərin üslubu oğlu Rza Abbasinin ilk əsərlərinə təsir göstərmişdir.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:İran rəssamları Kateqoriya:XVI əsr rəssamları Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Farslar