Əbu Səid Cənnəbi (; ) — fars dövlət xadimi, paytaxtı Bəhreyndə olan qərməti dövlətinin qurucusu və ilk əmiri. 899-cu ilə qədər o və tərəfdarları əhəmiyyətli bir ərazini fəth edə bilmiş, 900-cü ildə Abbasilər xilafətinin ordusu üzərində qəti qələbə qazanmış, bundan sonra 903-cü ildə Xasa şəhərini tutmuş və onu paytaxt elan etmişdilər. Əbu Səid 913-cü ilə qədər öz dövlətini idarə etmiş, sonra öldürülmüşdür. Onun oğlu Əbülqasım Səid Cənnəbi varis elan edilmişdir.
Əlavə ədəbiyyat
Kateqoriya:Qərmətilik Kateqoriya:X əsr İsmaililəri Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:Bəhreyn tarixi Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:BƏƏ tarixi