Olqa İqorevna Buzova (; ) — Rusiya media şəxsiyyəti və müğənnisi. Buzova Rusiyanın ən uğurlu modellərindən biri hesab edilir.

Həyatı Olqa İqorevna Buzova 20 yanvar 1986-cı ildə Leninqrad şəhərində SSRİ SQ veteranı İqor Dmitriyeviç Buzovun və stomatoloq İrina Aleksandrovna Buzovanın ailəsində anadan olmuşdur. Buzovanın Anna adlı kiçik bacısı var.

Buzova 2012-ci ilin iyun ayından 2016-cı ilin dekabr ayına qədər futbolçu Dmitri Tarasov ilə evli idi. O, 23,4 milyon abunəçidən qazandığı təxminən 3,3 milyon ABŞ dolları xalis gəlirlə 2021-ci ildə Rusiya üzrə Instagram və YouTube platformalarında onuncu ən çox qazanan olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiyanın qadın yazıçıları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Rusiya dizaynerləri Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin məzunları Kateqoriya:Rusiya fotomodelləri Kateqoriya:Rusiya iş adamları