Qriqori Zaxaroviç Ayzenberq (; ) — radiorabitə sahəsində SSRİ və Rusiya alimi, texnika elmləri doktoru (1946), RSFSR-in əməkdar elm və texnika xadimi (1965).
Həyatı Qriqori Zaxaroviç Ayzenberq 4 dekabr 1904-cü ildə, Rusiya imperiyasının Timkoviçi qəsəbəsində (indiki Belarusun Minsk vilayətinin Kopıl rayonu) anadan olmuşdur. O, 1930-cu ildə Odessa Politexnik İnstitutunu bitirdikdən sonra Radio Elmi-Tədqiqat İnstitutunda əvvəlcə laboratoriya müdiri, sonra isə 30 ildən artıq antenna şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ayzenberq 1958–1988-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunun Texniki Elektrodinamika və Antenalar kafedrasına rəhbərlik etmişdir. O, texnika elmləri doktoru, professor olmuşdur.
Qriqori Ayzenberq 31 mart 1994-cü ildə vəfat etmişdir. O, Moskvada Vostryakovski qəbiristanlığında dəfn edilmişdir.
Fəaliyyəti Qriqori Ayzenberq antenalar nəzəriyyəsi üzrə materiallar hazırlamışdır. Onun rəhbərliyi altında demək olar ki, bütün yerli yayım və rabitə cihazları, o cümlədən MW, LW və HF diapazonları üçün hazırlanmışdır.
Mükafatlar O, 1947-ci və 1984-cü illərdə SSRİ Dövlət mükafatı , 1957-ci ildə isə "Lenin" mükafatına layiq görülmüşdür.Энциклопедический словарь. 2009. АЙЗЕНБЕРГ Григорий Захарович.
İstinadlar
Xarici keçidlər А. М. Модель. Профессор Г. З. Айзенберг и его вклад в развитие антенной техники — "Электросвязь: история и современность" № 1, 2005, стр. 15. В. И. Блох. Жизнь, отданная науке — "Электросвязь " № 11, 2004, стр. 64.
Kateqoriya:SSRİ alimləri Kateqoriya:Rusiya mühəndisləri Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:XX əsr mühəndisləri