Dmitri İvanoviç Kuleba (; ) — ukraynalı diplomat. 2020-2024-cü illərdə Ukraynanın Xarici İşlər Naziri. 13 mart 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

Ukraynanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Baş Nazirinin müavini (29 avqust 2019-cu il — 4 mart 2020-ci il)Рада утвердила состав нового Кабмина (список) РБК-Украина (29.08.2019). Ukrayna tarixində ən gənc xarici işlər naziridir.

Həyatı 19 aprel 1981-ci ildə Sumıda anadan olmuşdur. Atası İvan Kuleba (1953) 1993-cü ildən peşəkar diplomat olmuş, 1997-ci ildən Ukraynanın Misirdə, Çexiyada, Qazaxıstanda səfiri, Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2019-cu ilin dekabrından isə Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2003-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdirЕнциклопедія Київського національного університету імені Тараса Шевченка .

2003-cü ildən Ukrayna Xarici İşlər Nazirliyinin baş hüquq məsləhətçisi xidmətinin attaşesidir.

2004–2005-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantı olur.

2005-ci ildə Ukrayna Xarici İşlər Nazirliyinin hüquqi təminat departamentinin üçüncü katibi olmuşdur.

2005–2009-cu ildə Ukraynanın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin üçüncü və ikinci katibi (ATƏT məsələləri üzrə) olur.

2010–2012-ci ildə Ukrayna Xarici İşlər Naziri Katibliyinin birinci katibi, müşaviri, şöbə müdiri işləyir.

2013-cü ildə o, Ukrayna baş nazirinin müavini Konstantin Qrişenkonun humanitar məsələlər üzrə müşaviri olub.

2013-cü ildən UART Mədəni Diplomatiya Fondunun rəhbəridir.

9 aprel 2016-cı ildə Ukraynanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib. 2017-ci ilin dekabrında 70-ə yaxın ekspertin iştirak etdiyi Dünya Siyasəti İnstitutunun sorğusuna əsasən o, Ukraynanın xaricdəki ən yaxşı səfiri kimi tanınıbІнститут світової політики назвав топ-послів 2017 року Главком (21 грудня 2017).

29 avqust 2019-cu ildən Honçaruk hökumətində Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini işləyir.

Avro-Atlantik İnteqrasiya Koordinasiyası Komissiyasının sədri olur.

"Mystetsky Arsenal" Milli Mədəniyyət, İncəsənət və Muzey Kompleksinin İnkişafı Şurasının üzvüdür.

2024-cü il 4 sentyabrda Ali Radanın sədri Ruslan Stefançuk xarici işlər naziri Dmitri Kuleba tərəfindən istefa ərizəsi daxil olduğunu elan etdi. Ertəsi gün Ukrayna Ali Radası 240 səslə (lazımi 226 səs) onun istefasını qəbul etdi.

Hüquq üzrə fəlsəfə doktoru. İngilis və İtalyan dillərini bilir.

Biblioqrafiya "Reallıq uğrunda müharibə: saxta, həqiqətlər və icmalar dünyasında necə qalib gəlmək olar"Дмитрий Кулеба презентовал книгу об информационной войне и рассказал, как распознать фейковую новость ТСН (телепередача) (4 mart 2019).

Mükafatları 2021 — III dərəcəli "Xidmətə görə" ordeni

Ailəsi Atası — İvan Dmitriyeviç Kuleba, ukraynalı diplomatКулеба Дмитрий Иванович LB.ua.

Həyat yoldaşı — Yevgeniya Anatolyevna Kuleba, "Garden City" ictimai təşkilatının təsisçisi və rəhbəri.

Uşaqları — Yeqor (2006), Lbov (2011).

İstinadlar

Mənbə Биография на сайте МИД Украины Блог Українська правда Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:Ukraynanın xarici işlər nazirləri