Abiyentin turşusu - təbii qatran turşusu (C19H19COOH), kanifolun əsas tərkib hissəsi, 174-175oC-də əriyən kristal maddə. Efir, spirt və b. həlledicidə asan həll olur, suda həll olmur. Tətbiqi Saf formada quruducuların, boya və lakların, emulqatorların istehsalında istifadə olunur. Bu turşunun spirtləri (abietol, dihidroabietol) sabun (pambıq çapında istifadə olunan qatran sabunu adlanır), kosmetika istehsalında istifadə olunur. Turşu duzlarına abietatlar deyilir və yağların və sabunların qurudulması üçün qatılaşdırıcı kimi istifadə olunur. Ətir istehsalında da istifadə olunur. Təhlükəsizlik Zəif kontaktda alergendir.

Mənbə A.Məhərrəmov, M.Allahverdiyev "Kiçik kimya ensklopediyası", Bakı-1997.

Kateqoriya:Üzvi kimya Kateqoriya:Karbon turşuları Kateqoriya:Terpenlər və terpenoidlər