Ayman–Şolpan () — XIX əsrin birinci yarısına aid qazax xalq lirik-epik poeması. Burada "cəsur və səxavətli qazax qızı"nın obrazı ucaldılır. "Ayman–Şolpan" qazax eposunun "Qozı Körpeş — Bayan Sulu" və "Qız-Jibek"lə yanaşı görkəmli əsərlərindən biridir. Burada qazax qızı Ayman obrazında xalq sənəti şərəf, ləyaqət, alicənablıq, hazırcavablıq, cəsarət kimi yüksək ideyanı poetikləşdirmişdir. "Ayman–Şolpan"ın süjeti üzrə musiqili dram yazılmışdır (libretto Muxtar Əvəzov, musiqisi Yevgeni Brusilovski).Энциклопедический словарь. 2009. АЙМАН ШОЛПАН.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Qazax ədəbiyyatı